TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb İqtisadiyyat

TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb

Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ildən indiyədək Avropaya təhlükəsiz şəkildə 64 mlrd. kubmetr təbii qaz nəql edib.

"APA-Economics" xəbər verir ki, bu barədə TAP-ın “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan statusda bildirilib.

“Altı il. 64 milyard kubmetr qaz təhlükəsiz şəkildə nəql edilib. Dayanıqlı gələcəyə doğru etibarlı marşrut”, - paylaşımda qeyd olunur.

Bildirilir ki, 2020-ci ildən etibarən TAP Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və təchizat mənbələrinin şaxələndirilməsinə töhfə verir, eyni zamanda Avropanın dəyişən enerji tələbatına uyğunlaşır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.