“Ermənistanda qarşıdurma dərinləşəcək” Siyasət

“Ermənistanda qarşıdurma dərinləşəcək”

Ermənistanda siyasi böhran bu ölkənin Qarabağ müharibəsində acı məğlubiyyətinin nəticəsidir. Məhz 10 noyabr Ermənistan xalqının "Böyük Ermənistan" xülyasının sonu, bu dövlətin 30 il ərzində qalibiyyət pafosunun fiaskosu idi. Ermənistan prezidenti Armen Sarkisyanın bu tezisləri gündəmə gətirməsi, bundan sonra bir neçə on il ərzində bu ölkənin ağır məölubiyyət siondiromundan qurtulmayacağını göstərir.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O, qeyd edib ki, bu məğlubiyyət ümumiyyətlə ümüm erməni toplumuna son100 ildə ən böyük zərbəoldu. Birinci Qarabağ müharibəsində özlərini qalib sayan xalq artıq məğlubiyyətin verdiyi acı siyasi-iqtisadi və mənəvi psixoliji deqredasiyaya məruz qalıb. Bu məğlubiyyət erməniləri içində parçalanmaya, siyasi düşmənçiliyə və dövlətçiliyinin zəifləməsinə gətirib çıxardı: “Birinci Qarabağ müharibəsi erməniləri birləşdirmişdi. İkinci Qarbağ müharibəsi erməniləri dərin bir tramvaya salaraq bir-birlərinə düşmən etdi. Ümumiyyətlə,Birinci Qarabağ müharibəsində Ermənistan Rusiyanın köməkliyi ilə döyüşü udmuşdu. Müharibəni isə Azərbaycan uddu. Ermənisanda vəziyyətin Armen Sarksiyan kimi dəqiq göstərən yoxdur. Bu ölkə o qədər uçurumun astanasındadır ki, bir cəmiyyət olaraq dağılmaq sürəcinə girir. Əslində ermənilərin bu məğlubiyyəti özlərinin işğalçı və faşizm idelogiyasından irəli gəlir. Əgər, onlar bu məğlubiyətdən dərs çıxarsa, normal qonşuluq münasibətlərinə gələrsə, bu ölkə dirçələr. Biz isə əksini görürük. Elə Armen Sarkisyanın bu çıxışı erməniləri yeni faciəyəyə aparır”.

Politoloq qeyd edib ki, əslində o, Türkiyə və Azərbaycana qarşı işğal siyasətinə son verməyi və bu acı vəziyyətin sülh müqaviləsi ilə bitəcəyni deməlidir. Amma, yenə də o, erməniliyin ruhundan və absurd idayelardan danışır. Nikol Paşinyanın Azərbaycanla normal münasibətlər qurmaq siyasətinə qarşı gəlir: “Bu gün Paşinyan açıq etiraf edir ki, sərhədlərin dəqiqləşməsi normal olmalı, ermənilər özsərhədlərinə çəkilməli və status məsləsini kənara qoyub inkişafa getməliyik. Amma, 30 il ərzində cinayətkar Koçaryan və Sarksiyan erməniləri Azərbaycana qarşı düşmənçilik ruhunda idarə ediblər. Bu gün Armen Sarksiyan Koçaryanın kadırıdır. O ağıllı adam olarsa Paşinyanın isrefasını deyil, ona dəstək verib Azərbaycanla sülh müqaviləsinə apara bilər”.

Paşinyan çalışır ki, sürəci bu istiqamətə aparsın. Amma, Armen Sarkisyan Robert Koçaryanın siyasətinə sadiq qalıb, onun istefasını tələb edir. Əgər, Paşinyan hakimiyyətdən gedərsə, ermənilər daha dərin bir böhrana girəcək. Azərbaycanla düşmənşçilik aparıb, sərhədlər qapalı olub, dərin iqtisadi böhranda yaşayacaqlar. Bu gün prezidentin və müxalifətin xalqa təqdim etdiyi siyasətin alt qatında bu durur. Xalqda bunu yaxşı bildiy üçün müxalifətə dəstək vermir. Paşinyanın hakimiyyətdə qalması üçün mitinqlərəd çıxmır. Bir sözlə, Ermənistanda növbət aylarda qarşıdurma dərinləşəcək: “Paşinyan hakimiyyətdə qala biləcəksə, müxalifəti sıradan çıxaracq. Tükrkiyə və Azərbaycanla normla münasibətlər qurmağa çalışacaq. Əgər, faşizm ideyalarının daşıyıcıları hakimiyyətə gələrsə, Azərbaycan və Ermənistan arasında sülh olamayacaq. Ermənilər Azərbaycana qarşı terror və təxriabtda maraqlı olacaqlar”.

Cavid