Belarusdan rəsmi bəyanat Siyasət

Belarusdan rəsmi bəyanat

"Dağlıq Qarabağ Avrasiya İqtisadi İttifaqının bir hissəsi olmayacaq"

"Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasından sonra, Dağlıq Qarabağ bu ittifaqın bir hissəsi olmayacaq".
APA-nın "BelTA" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilənin ratifikasiyası haqqında qanun layihəsini parlamentdə təqdim edərkən deyib.
"Biz Ermənistanın bir hissəsi olmayan Dağlıq Qarabağın da Gömrük İttifaqına qoşulması ehtimalından narahat idik. Ermənistan tərəfi bizim sorğumuzla bu anlaşılmazlığa aydınlıq gətirdi. Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması barədə nota sazişə əlavə olunub. Ermənistan tərəfi rəsmi açıqlama verib" – deyə A. Mixneviç vurğulayıb.
Nazir müavini həmçinin qeyd edib ki, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqının üzvü olması üçün heç bir əngəl qalmayıb.