Elmar Məmmədyarov Sekutanı qəbul edib Siyasət

Elmar Məmmədyarov Sekutanı qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib. Xarici İşlər NazirliyindənLent.az-a verilən məlumata görə, görüşdə səfir Robert Sekuta etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.