“Müxalifətdə xeyli sayda bacarıqlı, yüksək siyasi düşüncəyə malik kadrlar var” Siyasət

“Müxalifətdə xeyli sayda bacarıqlı, yüksək siyasi düşüncəyə malik kadrlar var”

Mayis Güləliyev: "Azərbaycanda iqtidar-müxalifət qarşıdurması yoxdur"

"Mən iqtidar nümayəndələri ilə müxalifət nümayəndələrinin görüşünü, yaxud müxalifətdaxili görüşləri satqınlıq kimi qiymətlədirmənin qəti əleyhinəyəm".
Bunu YaşıllarPartiyasının sədri Mayis Güləliyev deyib: "Əksinə, hər bir görüş yaxşı münasibətlərə körpü ola bilər. Hətta "görüş xatirinə görüş" də nifrət və düşmənçilikdən yaxşıdır. Əlbəttə, istərdim ki, görüşlər konstruktiv olsun, real nəticələr versin. Görüşlərin konkret problem ətrafında və onların həllinə yönələn məcrada reallaşması yaxşı olardı. Digər tərəfdən, görüşün təşkilində ayrı-seçkiliyə yol vermək yaxşı deyil. Bütünlükdə isə, belə görüşlərin daha geniş formatda keçirilməsini dəstəkləyirəm. Məncə hakimiyyətlə müxalifət arasında dediyiniz "buz" yoxdur. Müxalifətdə xeyli sayda bacarıqlı, yüksək siyasi düşüncəyə malik kadrlar var. Onlardan istifadə etmək zəruridir. Amma dediyiniz "iqtidar-müxalifət" qarşıdurması Azərbaycanda yoxdur. Bəzən müxalifət ictimai-siyasi reallığı şişirdir və cəmiyyətin narazı təbəqəsini öz adına çıxır. Əslində isə müxalifətdən narazı təbəqə iqtidardan narazı olan təbəqədən az deyil. Odur ki, iqtidar öz fəaliyyətini inkişaf etdirmək üçün müxalifətdə olan bacarıqlı siyasilərdən və kadrlardan istifadə etməlidir. Bu görüşlər də mahiyyətcə problemlərin həllində "fokus-qrup" rolunu oynamalıdır".

Əli