“ABŞ Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir” Siyasət

“ABŞ Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir”

"Amerika Birləşmiş Ştatları güclü, daha demokratik, çiçəklənən və azad Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir. Biz həmçinin ölkələrimiz arasında güclü, pozitiv münasibətlər qurmaq sahəsində işləməyə səy göstəririk".
Bu barədə ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekutanın "Facebook" vasitəsilə Azərbaycan xalqına mesajında deyilir. Azərbaycana gəlməzdən öncə səfir sosial şəbəkə istifadəçiləri arasında Azərbaycanda birinci haranı ziyarət etməsi ilə bağlı sorğu keçirib. Rəy bildirənlərin 70 faizi onun Qobustana səfər etməli olduğunu deyiblər. Səfir Robert Sekuta tezliklə Qobustana səfər edəcəyini açıqlayıb: "Mən digər rəy və təklifləriniz üçün də sizə təşəkkür edirəm. Bu göstərir ki, bizim üzərində işləməli olduğumuz çoxsaylı vacib işlər var. Mən bu məsələlərin bir çoxu ilə bağlı danışıqlara başlamışam və bu söhbətləri ölkə böyü Azərbaycan cəmiyyətinin bütün nümayəndələri ilə aparmağı səbirsizliklə gözləyirəm".
Diplomat hər kəsi martın 10-dan 14-nə kimi keçiriləcək Amerika Həftəsi çərçivəsində ölkə böyu baş tutacaq tədbirlərə dəvət edib.