“AXCP-də gənclərlə partiya rəhbərliyi arasında yaranan qalmaqal onu göstərir ki...” Siyasət

“AXCP-də gənclərlə partiya rəhbərliyi arasında yaranan qalmaqal onu göstərir ki...”

Aydın Mirzəzadə: "Gənclik onların arxasınca getmək istəmir"

Razi Nurullayev: "Əli Kərimli gəncliklə və onu obyektiv tənqid edənlərlə savaş yolunu seçib"

Azərbaycan Xalq Cəbhəsi Partiyassında (AXCP) növbəti qalmaqal yaranıb. AXCP-nin Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyev və Cavid Musazadə təşkilatdan xaric olunublar. Onların xaric olunmasına səbəb isə Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında yazdığı "Facebook" statusu olub.
Həmin statusda Ehtiram Mehdiyev martın 15-də Milli Şuranın keçirdiyi mitinq zamanı, Fuad Qəhrəmanlının tribunanın yanında dayanan yaşlı insanı və gəncləri təhqir etməsini sərt şəkildə tənqid edib.
AXCP Gənclər Komitəsinin bəzi üzvləri də Ehtiram Mehdiyevə dəstək veriblər. Bundan sonra isə, Ehtiram Mehdiyev və Gənclər Komitəsinin digər üzvü Cavid Musazadə partiyadan çıxarılıblar.
Məsələ ilə bağlı Cavid Musazadə bildirib ki, onun partiyadan çıxarılması haqqında yayılan məlumat həqiqəti əks etdirmir.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, AXCP-də gənclərlə partiya rəhbərliyi arasında yaranan qalmaqal onu göstərir ki, gənclik onların arxasınca getmək istəmir.
Millət vəkilinin sözlərinə görə, təcrübəsizlikdən onların siyasətinə qoşulanlar müəyyən bir müddətdən sonra daxildə nələrin baş verdiyini, onlardan istifadə edildiyinin artıq fərqinə varırlar: "Hesab edirəm ki, bu, axırıncı deyil. Son dövrlərdə onların daxilində bir-birinin ardınca qalmaqallı hadisələr baş verir. AXCP-nin apardığı siyasətin bu gün milli maraqlara, insanların hüquqlarına zidd olduğu bir daha aydın görünür. Bu gün ümumilikdə cəmiyyət radikal müxalifətə, Azərbaycanın inkişafına qarayaxmağa çalışan qüvvələrə, antimilli siyasi dairələrə birmənalı şəkildə yox deyir. Sevindirici haldır ki, bu gənclər gec də olsa artıq öz səhvlərini başa düşürlər".
"Günümüzün gəncliyi fərqlidir. Onların hamısını zombiləşdirmək və beynini yumaq mümkün deyil. AXCP sədrini və yaxın ətrafının siyasətini tənqid edənlər partiyadan uzaqlaşdırılıb. Bu gənclər Ehtiram Mehdiyev, Cavid Musazadə və Kamandar Hüseynovdur. Səbəb obyektiv tənqiddir. Amma, onlar unudublar ki, AXCP-də tənqid qadağan olunub. səmərəli təklif vermək və onu həyata keçirmək mümkün deyil. Təklif yalnız partiyanın inkişafına yox, həm də sədrin maraqlarına cavab verməlidir",- deyən AXCP sədrinin sabiq müavini Razi Nurullayev bildirib ki, Əli Kərimli də məğlub olacaq: "Çünki, o gəncliklə və onu obyektiv tənqid edənlərlə savaş yolunu seçib. Partiya resursları onun özünə və seçdiyi ətrafına xidmət edir. Partiya üzvləri və təəssübkeşlərinin çalışmaq üçün hansı stimulu və motivasiyası var? Sədri tərifləmək və onun dediklərini qeyd-şərtsiz yerinə yetirmək insan üçün stimul ola bilərmi? Onlar bir parça çörək üçün, ailəsini dolandırmaq üçün çaba göstərir və bir çoxları ailəsindən çox partiyaya əmək sərf edir. Onların tənqid etmək və fərqli fikir söyləmək hüququ ola bilməzmi?"
R.Nurullayev əlavə edib ki, həyatını partiyaya sərf edənlərin, canını bu yolda fəda edənlərin üzərinə qışqırmaq, onları istismar etmək partiya rəhbərliyinə yaraşmaz: "Məni günahlandırırlar ki, niyə televiziyalara çıxdın? İstefa etdiyim gün media vasitəsilə Əli Kərimliyə müraciət etdim ki, heç bir televiziyaya çıxmıram və mətbuata danışmıram. Amma "Azadlıq" qəzeti və "Azərbaycan saatı" mənə efir versin. Vermədilər. O zaman özümü müdafiə etmək və qorumaq üçün mənə açılan imkan pəncərəsindən niyə də imtina etməliydim? İndi gəncləri partiyadan çıxarırsınız, onları susdurmaq yolunu tutursunuz. Müxalifət adını ləkələməyin. Buraxın, xalq başına çarə qılacaq. Çəkilin xalqın önündən".

Əli