“NATO da Rusiya və KTMT-nin hərbi-siyasi vəziyyəti barədə tam məlumatlıdırlar” Siyasət

“NATO da Rusiya və KTMT-nin hərbi-siyasi vəziyyəti barədə tam məlumatlıdırlar”

Mübariz Əhmədoğlu: "Buna görə də belə hərbi təlimlər keçirməyə ehtiyac hiss edirlər"

"Ermənistan beynəlxalq "Saber Junction 15" təlimlərində iştirak edir. Təlimlər ABŞ-ın Avropadakı Quru Qoşunları Komandanlığı tərəfindən təşkil olunub və məqsəd NATO-nun tərəfdaş ölkələrinin təhlükəsizliyini təmin etməkdir". Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, bu proqramda NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının 17 üzv ölkəsindən 5 minə yaxın hərbçi iştirak edir: "Ermənistan bu ölkələr içərisində ən azsaylı xalqlardan biridir və 36 hərbçi ilə təmsil olunur. Ermənistanın "Saber Junction 15" hərbi təlimlərinə qoşulması barədə mətbuata heç vaxt məlumat ötürülməmişdi. NATO ilə əlaqələri kəsmək haqqında KTMT-nin qərarlarından imtinası isə Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri tərəfindən mətbuatda dəstəkləndi. NATO hər hansı tədbir keçirməyə tam səlahiyyətlidir. Öz proqramını özü müəyyənləşdirir. Amma Ermənistanın bu proqramda iştirakı məsələni bir az fərqləndirir".
M.Əhmədoğlunun sözlərinə görə, Azərbaycan prizmasından bu NATO-nun Ermənistan tərəfdən Dağlıq Qarabağdakı hərbi əməliyyatlara dəstəyi kimi də başa düşülə bilər: "Lakin Ermənistanın iştirakı tamamilə ayrı konteksti gündəliyə gətirir. "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən bu təlimlər sülh naminə NATO ilə əməkdaşlıq edən dövlətlərin təhlükəsizliyini təmin etmək üçündür. Rusiya da NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının üzvüdür. Belə alınır ki, Ermənistan bu əməliyyatda iştirak etməklə Rusiyanın təhlükəsizliyini təmin etmək məqsədini güdür. Ermənistan Rusiyanın hesabına Dağlıq Qarabağda işğalçılıq siyasətinin təhlükəsizliyini qura bilib. Ermənistan Türkiyə ilə münasibətləri üçün Rusiyanın təhlükəsizlik potensialını xeyli istehlak edib".
Politoloqun sözlərinə görə, indi Rusiyanın təhlükəsizlik resursları zəifləyib:"A.Çilinqarovun Qərbi Arktikaya dəvət etməsi Rusiya Arktikaya tələsik 300 minlik qoşun kontingenti yollamağa vadar etdi. Bu Rusiyanın daxilində hərbi gücün zəifləməsi deməkdir. Bunu başa düşən Rusiyanın strateji müttəfiqi Ermənistan Qərbdəki tərəfdarları ilə birlikdə Rusiyanın təhlükəsizlik resurslarının artırılması istiqamətində fəaliyyətə keçiblər. Ermənistanın bu proqramı çox uğurludur. Bu ölkənin prezidenti Serj Sərkisyan və müdafiə naziri Seyran Ohanyan NATO-da ABŞ-ın kuratorları olan A.Verşbou və F.Bridlavın informatorlarıdır. İnformatorlar peşə etikasına görə öz şefinə inanmalıdırlar. O cümlədən, KTMT-nin baş katibi N.Bordyuja Ermənistanın müdafiə naziri S.Ohanyanın informatorudur. NATO ilə Rusiya (KTMT) inamlı bağlantı yaranır".
M.Əhmədoğlu vurğulayıb ki, NATO da Rusiya və KTMT-nin hərbi-siyasi vəziyyəti barədə tam məlumatlıdırlar: "Buna görə də belə hərbi təlimlər keçirməyə ehtiyac hiss edirlər. Ermənistanın Rusiya üçün belə yaxşılığı təbii ki, Qərb tərəfindən də dəyərləndiriləcəkdir. Amma ən vacib məsələlərdən biri ondan ibarətdir ki, Rusiyaya "strateji müttəfiq" anlayışının mahiyyətini dərk etməyə imkan verilməməlidir. Yəni Rusiya elə həmişə Ermənistanı özünün strateji müttəfiqi hesab etməlidir. Ermənistanın günəşi soyuq mənbəyi kimi təqdim etməsini də həqiqət kimi qəbul etməlidir. Eləcə də Rusiya heç vaxt başa düşməməlidir ki, "kürəyə xəncər saplamaq" nə deyilən şeydir. Əks təqdirdə M.Kolerov, S.Tarasov, L.Reşetnikov, K.Zatulin, A.Dubnov və s. xeyli əziyyət çəkməli olacaqlar. Amma ən böyük əziyyəti S.Lavrov-Kələntəryan çəkə bilər. Çünki bu adamları əvvəlki düşüncəsinə qaytarmaq üçün o, müəyyən qədər vaxt sərf etməli olacaq".

Əli