Lavrov Rubio ilə telefon danışığı aparıb Dünya

Lavrov Rubio ilə telefon danışığı aparıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio oktyabrın 16-da Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı zamanı əldə olunan anlaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımları müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Lavrovla Rubio arasında baş tutan telefon danışığından sonra verilən açıqlamada deyilir.

"Oktyabrın 20-də Rusiyanın xarici işlər naziri Sergey Viktoroviç Lavrov ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə ABŞ prezidenti Donald Tramp arasında oktyabrın 16-da telefon danışığı zamanı əldə olunmuş razılıqların həyata keçirilməsi üçün mümkün konkret addımlarla bağlı konstruktiv müzakirə aparılıb", - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məryəm Quliyeva