ABŞ senatorları "Starlink" məhdudiyyətlərinə görə "SpaceX"dən izahat tələb ediblər
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun siyasi təsdiqidir”
"Azərbaycan artıq beynəlxalq proseslərin yalnız iştirakçısı deyil..."
"Azərbaycanın ASB platformasındakı rolu xüsusi əhəmiyyət kəsb edir"
20 Oktyabr 2025 18:02
3 129
"Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlərin xəritə üzrə genişlənməsi real prosesə çevrilə bilər".
Bu sözləri politoloq Sədrəddin Soltan Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Onun fikrincə, ilk növbədə İrana, Çinə, Şimali Koreyaya və Rusiyaya karbohidrogen – neft-qaz ticarətində tərəf olan dövlətlərə sanksiya təzyiqləri artıra bilər: “Rusiyaya hərbi texnika və avadanlıq verən ölkələr növbəti sanksiyalar dalğasının hədəfindədir. Neft-qaz sahəsində Rusiya ilə əməkdaşlıq edən dövlətlər də risk altındadır.İstənilən məhdudlaşdırıcı addım həmin ölkələrin iqtisadi inkişafına, istehsal etdiyi məhsulların dünya bazarına çıxmasına və qlobal münasibətlərinə mənfi təsir göstərir. Hazırkı şəraitdə Moskva Çin və Şimali Koreya ilə əməkdaşlıq sayəsində Ukraynada mövqelərini qorumağa çalışır. Lakin müharibə uzandıqca bu ittifaqlarda ziddiyyətlərin yaranması qaçılmaz görünür.Artıq Şimali Koreya ilə Rusiya arasında müəyyən narazılıqların mövcud olduğu iddia edilir. Yayılan məlumatlara əsasən, Moskva Pxenyanın göndərdiyi canlı qüvvə ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirməyib. Bu, gələcəkdə Çin və digər tərəfdaşlarla münasibətlərdə də problem yarada bilər".
Politoloq hesab edir ki, Rusiyanın əməkdaşlıq etdiyi ölkələr qərb təsir dairəsində olan bazarlara giriş məhdudiyyətləri ilə üzləşə bilər:
“Bu məhdudiyyətlər həmin ölkələrin texnologiyasına, ixrac imkanlarına və ümumi iqtisadi dinamikasına ciddi mənfi təsir göstərə bilər".
Günel Elxan