BAXCP sədri Budapeştə gedib Siyasət

BAXCP sədri Budapeştə gedib

Mayın 15-də Budapeştdə NATO Parlament Assambleyasının yaz sessiyası başlayacaq. Azərbaycanı Milli Məclissədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlar Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir. Sessiyanın komitə iclaslarında avroatlantik birliyə qarşı olan təbliğat hücumları, NATO-nun yeni strateji çağırışı, Rusiya iqtisadiyyatına qarşı sanksiyalar, terrorçuluğun maliyyələşdirilməsi, Ukrayna iqtisadiyyatının vəziyyəti və inkişaf perspektivləri, dünya üzrə NATO-nun tərəfdaşları, İqlim dəyişikliyi və digər mövzular müzakirə olunacaq. Sessiya çərçivəsində keçiriləcək Siyasi komitənin iclasında "Rusiya və avroatlantik təhlükəsizlik" mövzusunda məruzə dinləniləcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə Rusiyanın siyasəti, Cənubi Qafqazda vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq.
NATO Parlament Assambleyasının yaz sessiyası mayın 18-də başa çatacaq.