“Biabırçı bir iclas keçirib...” Siyasət

“Biabırçı bir iclas keçirib...”

"Vurgun Əyyubu abırsızcasına partiyadan çıxardırlar"

"Bunlar partiyanı "dədə mülkləri" sayırlar, ona görə də bu rəhbərliklə hər hansı sağlam müzakirə aparmaq yersizdir". Bu barədə Müsavat partiyasının üzvü İsmayıl Kəsəmənli deyib. O qeyd edib ki, özlərinə sərf edəndə Nizamnamə göstərirlər, sərf etməyəndə söz azadlığından danışırlar: "Məsələn Elman Fəttahın rəhbərliyi ilə İkram İsrafilin oğluna verilən məşhur saxta bəyanat məsələsində Nizamnamədən danışan olmadı. Və yaxud 1 gündə bir-birinə zidd 2 qərar verən Qubadlı təşkilatı cəzalanmadı. Biabırçı bir iclas keçirib Vurgun Əyyubu abırsızcasına partiyadan çıxardırlar, Şura toplanıb özəyin qərarını ləğv edir, amma rəhbərlik uydurma arqumentlərlə özəyin qərarını müdafiə edir. Müsavat kimi partiyanın Məclis sədri "falçılıq" edərək, müsavatçıları ittiham edir. Siz görün kimləri siyasi dözümə çağırırsınız!? Bu böyük bir biabırçılıqdır!".

Əli