BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur Layihə

BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur

Bu gün dünyanın bir sıra bölgələri qarşıdurmalar, terorr aktlarına şahidlik edir və bu da yüz minlərlə insanın faciəsinə yol açır. Xüsusilə İraq və Suriyda gedən siyasi oyunlar dünyanı narahat edir. Bu bölgələrdə qlobal güclər öz maraqlarını təmin etmək və hazırladıqları layihələri həyata keçirmək üçün ilk olaraq etnik və dini zəmində qarşıdurmalar yaradırlar. Hazırda beynəlxalq ictimaiyyət İraq və Suriyada baş verən dəhşətli prosesləri izləməkdədir. Əvvəlcə onu qeyd edək ki, bu proseslərin yaranması üçün münbit şərait tələb olunur. Əgər hər hansı bir bölgədə və ya ölkədə etnik və dini zəmində münbit şərait olmazsa bu tipli layihələrin həyata keçirilməsi mümkün olmaz. İraq və Suriya təbii resurslarla, o cümlədən neftlə zəngin ölkələrdir. Bu resursların ələ keçirilməsi və bura daxil olmaq üçün bəhanə lazımdır. Bu bəhanə də etnik və dini zəmində qarşıdurmaların yaradılmasıdır ki, hazırda bu proses gedir.
Bu baxımdan Prezident İlham Əliyevin "multikulturalizmin alternativi yoxdur" ifadəsi təsadüfi deyil və həm də beynəlxalq ictimaiyyətə bir çağırışdır. 2016-cı ilin də Multikulturalizm ili elan edilməsi olduqca əhəmiyyətli siyasi addımdır.
Azərbaycan strateji coğrafi məkanda yerləşir və təbii sərvətlərlə zəngin ölkədir. Bu baxımdan aparılan dövlət siyasəti ilə yanaşı cəmiyyət də hazırlıqlı olmalı və kənardan gələn təsirlərə qarşı immunitet formalaşdırmalıdır. Bu immunitet xalq olaraq bizdə tarixən var. Bu immunitetin adı həm də milli sərvətimiz olan tolerantlığımız, multikultural ənənələrimizdir.
Dünyada - bizə coğrafi və siyasi yaxın bölgələrdə gedən qeyd etdiyimiz oyunlar genetikamıza doğma olan tolerant ənənlərimizi dövlət siyasəti səviyyəsinə qaldırmaq zəruriyəti yaratdı. Azərbaycan əslində çox ciddi və dərin təhlillərə əsaslanan addım atmaqla xalqımızın bu keyfiyyətini ön plana çıxararaq həm malik olduğumuz ənənənin daha mükəmməl formada davam etdirilməsinə, bu istiqamətdə maarifləndirmənin geniş forma almasına nail oldu, həm də bunu dünyaya təqdim etdi.
Bu ənənənin dünyaya təqdim edilməsi üçün ən mükəmməl format aprelin 25-27-də Bakıda "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda təşkil olunması idi. Azərbaycan bu forumun Bakıda təşkil olunmasına nail omaqla öz mədəni irsini dünyaya daha geniş, çevik və taktiki baxımdan uğurlu formada təqdim edə bildi.

Dünya mediasının diqqəti

İlk olaraq qeyd edək ki, BMT kimi böyük bir təşkilatın Bakıda tədbir keçirməsi adi hal deyil. Çünki BMT-nin harada tədbir keçirirsə, dünya mediasının diqqəti ora yönəlir. Bunun ölkəmizin təbliğatı üçün nə qədər əhəmiyyət daşıdığımı təsəvvür etmək o qədər də çətin deyil.
Xatırladaq ki, tədbir Bakıda bu il aprelin 25-27-də BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adı altında baş tutdu. Forumda dünyanın 147 ölkəsin-dən 4000-dən artıq nümayəndə qatıldı ki, bura dövlət və hökumət başçıları daxil olamqla yüksək səviyyəli qonaqlar daxildir. Bu isə tədbirin əhəmiyyətini daha da artırır və dünya mediasının diqqəti baxımından olduqca vacib amildir. Təsadüfi deyil ki, forum geniş şəkildə 117 xarici və yerli media tərəfindən işıqlandırıldı. Bu isə bizə bu gün hava və su qədər vacib olan, dəyəri milyardlarla ölçülən təbliğat deməkdir.
Azərbaycan bununla xalq olaraq dünyagörüşünü, milli ənənələrini, dünyaya çatdıra bildi. Bir çox nüfuzlu media quruluşları Azərbaycanın multikultural ənənələri ilə bağlı geniş reportajlar yayımladılar. İslam şərqində belə bir dövlət olması maraqla qarşılandı. Müxtəlif dinlərin və millətlərin birgə, bərabərhüquqlu yaşaya bildiyi azsaylı ölkələrdən biri kimi Azərbaycanın dünyada əhəmiyyəti daha da artdı.

Ortaya qoyulan iddia

Forumun rəsmi açılış mərasimində çıxış edən Prezidenti İlham Əliyev bir daha bəyan etydi ki, forum Bakıda təsadüfən keçirilimir: "Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir...".
Bununla Azərbaycan həm də öz iddiasını ortaya qoydu. Bu iddia bu gün bütün sahələrdə inkişaf etmiş, özünü dərin demokratik ənənələrə malik hesab edən ölkələrdə - xüsusən Qərbdə dini, etnik zəmində getdikcə inkişaf edən problemlərə, eyni zamanda islamafobiyaya qarşı olaraq ortaya qoyuldu.
Biz sahib olduğumuz keyfiyyətləri dünyaya çatıdmaqla "gəlin, bizdən öyrənin" prinsipini ortaya qoyduq. Bu sadəcə, gəlişigözəl çağırış deyil. Bu təbii kökləri olan, qədim bir tarixə malik xalqın sahib olduğu bəşəri keyfiyyətdir və hər birimiz bundan qürur duya bilərik.
Millət vəkili, professor Musa Qasımlı da bu fikirləri təsdiqləyir. O biizmlə söhbətində bildirdi ki, forumun ölkəmizdə keçirilməsi dövlətimizin nüfuzunun artmasının göstəricisidir: "Ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcısının birlikdə yaşaması dünyanın digər ölkələri üçün bir nümunədir. Onlar Azərbaycandan bir çox şeyləri öyrənə bilərlər. Bu baxımdan tədbirin Bakıda tutması çox önəmlidir və effektli nəticə deməkdir".
Foruma gələn yüksək səviyyəli minlərlə qonaq əhalisinin əksər hissəsinin müsəlman olduğu Azərbaycanda digər dinlərin nümayəndlərinin özlərini rahat hiss etmələrinin canlı şahidi oldular. Onlar məscidlərlə yanaşı kilsələrin, eyni zamanda sinaqoqların və digər ibadətgahların ibadətə açıq olduğunu öz gözləri ilə gördülər. Qeyd edək ki, iştirakçılar yüksək səviyyəli qonaqlar idi və bu da onların öz cəmiyyətlərinə təsir imkanlarının olması deməkdir. Təbii ki, onlar öz ölkələrinə qayıtdıqdan sonra bu barədə danışacaqlar və bu da ölkəmizə qarşı rəğbətin zaman zaman artmasına səbəb olacaq.

Qazanılan siyasi divident

Onu da əlavə edək ki, Bakıda belə böyük bir forumun keçirilməsi Azərbaycanın siyasi nüfuzunun və iqtisadi potensialının göstəricisi olmaqla yanaşı eyni zamanda ölkəmiz üçün böyük siyasi dividentdir. Tədbirin Azərbaycanda keçirilməsi sübut etdi ki, ölkəmiz mültikulturalizmin ən böyük inkişaf etdiyi, tolerantlığın mövcud olduğu bir məkandır.
Analitik Arzu Nağıyev də hesab edir ki, dünyada baş verən hadisələrin məhz Azərbaycanda keçirilən tədbirdə müzakirəsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı. A.Nağıyev bildirdi ki, Azərbaycan bu gün dünyaya sülh çağırışı edən bir ölkədir və bütün dünyaya bunu göstərir. O, qeyd etdi ki, forumda dünya üçün aktuallıq kəsb edən məsələlər müzakirə olundu: "Forumun əsas mövzularından biri dünya üçün mühüm aktuallıq kəsb edən terrora qarşı mübarizə idi. Forumda, həmçinin gənclər siyasəti, inklüziv cəmiyyətdə yaşamaq mümkünlüyü kimi mühüm məsələlər müzakirə edildi. Forumda problemlərin sülh yolu ilə həlli yolları araşdırıldı və təhlil edildi. Bu, Azərbaycanın dünyada sülhün bərqərar edilməsinə verdiyi mühüm bir töhfədir. Bu gün biz dünyaya sülh çağırışı edən, tolerantlığın, multikulturalizmin inkişaf etdiyi bir cəmiyyətik...".

Azərbaycan həqiqətlərinin təbliği dünya çapında

Unutmamalıyıq ki, erməni lobbisi Qarabağ məsələsində din amilindən effektiv şəkildə yararlanır. Bir sıra hallarda onlar azərbaycanlılar tərəfindən guya xristian olduqları üçün daim hücumlara məruz qaldıqları haqqında uzun illər yalan informasiyalar yayıblar. Bu xüsusən Avropa ölkələrində, eyni zamanda Niderlandda xristian nəşrlərində öz əksini tapıb və Azərbaycan diasporu tərəfindən təsbit olunub. Forumun əhəmiyyətli nəticəsindən biri də əslində erməni təbliğatının yalan olmasının sübutu üçün əlverişli mühitin yaranmasıdır.
Politoloq Tofiq Abbasov diqqətə çatdırdı ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycan multikulturalizm modelini beynəlxalq institutlara və eləcə də digər ölkələrə yaxından tədqiq və təbliq etməyi tövsiyyə etdi: "Hazırda Azərbaycan modeli həqiqətən beynəlxalq səviyyədə tanınan örnəyə çevrilib. Təsadüfi deyil ki, bu ilin aprel ayında Bakılda keçirilmiş qlobal forumda əsas panellərdən biri məhz Azərbaycan multikulturalizminin müzakirəsinə həsr edilmişdi. Paneldə iştrak etmiş bir çox xarici mütəxəssislər Azərbaycanda multikulturalizm dəyərələrinin oturuşmasını, müllətlərarası və dinlərarası zəmində olan dözümlülülyə yüksək qiymət vermişdilər...".
Onun fikrincə, hazırda Azərbaycan sözügedən sahədə bir neçə beynəlxalq əhəmiyyətli maraqlı layihələr gerçəkləşdirir: "Bakıda fəaliyyət göstərən Beynəlxalq multikulturalizm mərkəzinin 10-dan çox ölkədə nümayəndəlikləri açılıb. Onlar İtaliya, Moldova, Rusiya, Almaniya, Portuqaliya və digər dövlətlərdə Azərbaycandakı tolerant mühitin nəyin hesabına yaranma tarixini, metodologiyasını təbliğ edirlər, Azərbaycan həqiqətlərini yayırlar və əyani nümunələr əsasında bildirirlər ki, ölkədə heç bir dini və etnik azlıq təqib edilmir, insanlara dini və milli mənsubiyyətinə görə ikili münasibət bildirilmir.
2015-ci ildən bəri Azərbaycanda Yay və Qış multikulturalizm məktəbləri fəaliyyət göstərir. 20 artıq xarici ölkədən tələbələr bu məktəblər çərçivəsində Azərbaycan multikulturalizm ənənəsini həm nəzəri, həm də tətbiqi cəhətdən öyrənirlər. Məsələ ondadır ki, hazırda bir neçə ölkənin aparıcı universitetlərində Azərbaycan miltikulturalizmi rəsmi fənn kimi tədris edilir. Həmin dərsləri keçən gənc insanlar bu minvalla həm Azərbaycan reallıqlarını, həm Azərbaycan tarixini, eləcə də gündəmdə olan Qarabağ münaqişəsinin etimologiyasını yaxından tədqiq edirlər".
Onun sözlərinə görə, bu il yayda növbəti Beynəlxalq multikulturalizm məktəbi əsnasında ölkənin qonağı olmuş tələbələr "Azərbaycanın gənc dostları" İctimai birliyini təsis etdilər: "Hazırda bu kluba onlərla əcnəbi tələbə və gənc üzv olub və onlar dünya çapında Azərbaycan həqiqətlərinin təbliq edilməsində, yaxından iştrak edirlər. Azərbaycanda həqiqi dözümlülük şəraitinin mövcudluğu həm də aktual rol oynayır, çünki bədxahlar durmadan iddia edirlər ki, guya ölkədə başqa din və etnik ənənə daşıyıcılarına müsbət münasibət yoxdur...".
Bakı Dövlət Univesitetinin dosenti, analitik Vüqar Zifəroğlu isə "forum göstərdi ki, Bakı dünyanın humanitar paytaxtı hesab edilməyə tam layiq bir mərkəzdir". – deyə vurğuladı: "Çünki, bu gün bəşəriyyəti təhdid edən, demək olar ki, bütün məsələlər forumda müzakirə predmeti oldu. Ekstremizmə, terrora qarşı mübarzə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inklüziv cəmiyyətin qurulması, multikulturalizm və digər məsələlərin gündəmə gətirilməsi Bakının dünyanın gələcək taleyini düşünən uğurlu məkan olduğunu sübut etdi...".

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.