“Azərbaycan 25 ildir danışıqlar prosesində iştirak etməyə davam edir və bu onların maksimal güzəştidir” Layihə

“Azərbaycan 25 ildir danışıqlar prosesində iştirak etməyə davam edir və bu onların maksimal güzəştidir”

“Azərbaycan Lələtəpə istiqamətində hərbi əməliyyatlara başlasa, Rusiya buna qarşı çıxmayacaq”. Erməni KİV-ləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun bəyanatını şərh edən azərbaycanlı ekspertlərin analizlərinin detallarını aydınlaşdırmaq istəyib.

KİV-lər iddia edir ki, bəyanatda şərhçilərin diqqətindən kənarda qalan bir nüans var.

“Vaşinqton görüşündən sonra Elmar Məmmədyarovun bəyanatında şərhçilərin diqqətindən kənarda qalan bir nüans var idi. O bildirdi ki, “əsas danışıqlar erməni qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasından sonra başlaya bilər”.

Anlaşıldığı kimi, söhbət keçmiş Qarabağ ətrafındakı ərazilərdən və Qarabağın (qondarma qurum-red.) son vəziyyəti məsələsi üzrə aparılan danışıqlardan gedir. Məmmədyarovun bu bəyanatından sonra “Atlas” analitika mərkəzinin direktoru Elxan Şahinoğlu yazdı ki, əgər öz müqəddəratını təyin etmək və Ermənistan-Dağlıq Qarabağ məhdudiyyətsiz kommunikasiya proqramının təmin olunması müzakirə edilirsə, o zaman Azərbaycan tərəfi Naxçıvanın “blokada” problemində təkid etməlidir.

Yəni, Ermənistan da Azərbaycan-Naxçıvan dəhlizinin maneəsiz fəaliyyətini təmin etməlidir. Deyəsən, Azərbaycan tərəfindən bu kimi analitik yanaşma son illərdə ilk dəfə dövriyyəyə qoyulur. Bakı əvvəllər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistan-Dağlıq Qarabağ quru əlaqəsi razılaşması haqqında danışırdı. Hazırda belə bir iddia yoxdur. Ehtimal etmək olar ki, Bakıda ən azından ekspert səviyyəsində “Meğri” variantına qayıtmaq ideyası müzakirə olunur. Bundan başqa, Azərbaycanın ekspert cəmiyyəti tərəfindən olduqca maraqlı digər bir versiya irəli sürülüb.

Erməni KİV-ləri qeyd edir ki, ABŞ-Türkiyə anlaşılmazlıqlarına Avropa İttifaqı öz töhvəsini verəcək.

“Versiyaya əsasən, hədsiz dərəcədə böyük ehtimal var ki, ABŞ-Türkiyə anlaşılmazlıqları getdikcə dərinləşəcək. Avropa İttifaqı da buna öz töhfəsini verəcək. Türkiyə isə Rusiya və Çinlə yeni Avrasiya geosiyasi alyansının formalaşdırılmasına məcbur qalacaq. Bir neçə azərbaycanlı ekspertlərin vurğuladığı kimi, bunun üçün Türkiyə və Rusiya arasında birbaşa quru kommunikasiya məsələsinin həll edilməsi lazım olacaq.

ABŞ və Avropa İttifaqı Gürcüstan razılaşması üçün Bakı-Qars dəmiryol xəttinin Rusiyaya birləşməsinə icazə verməyəcək. Azərbaycanlı analitiklərin fikrincə, Türkiyə və Rusiya hazırda Meğri dəmiryol xəttinin yenidən fəaliyyətə başlaması ehtimalını müzakirə edirlər.

Buna baxmayaraq, problem yalnız işğal olunmuş ərazilərin azad olunmasından sonra həll edilə bilər. Azərbaycanlı analitik Mübariz Əhmədoğlu belə bir fikir ifadə edib ki, bu problemin müzakirə olunması məqsədilə Moskva “Rusiya dəmiryolları”nın direktor müavini Maşarini İrəvana göndərib, lakin Ermənistanın Baş naziri Nikol Paşinyan onları qəbul etməyib. Buna görə də azərbaycanlı analitik hesab edir ki, əgər Azərbaycan Lələtəpə istiqamətində hərbi əməliyyatlara başlasa, Rusiya buna qarşı çıxmayacaq.

Görünür, Azərbaycan Meğri variantına qayıtmaq üçün həll yolu təklif edir. Əgər bu baş verməsə, o zaman Rusiyanın razılığı ilə Qarabağın cənubunda hərbi əməliyyatlar başlaya bilər. Bundan başqa, İlham Əliyev-Putin-Ruhani görüşünün gündəmində üç ölkənin dəmiryol xətlərinin birləşdirilməsi məsələsi də anonslaşdırılıb”, - deyə erməni KİV-ləri vurğulayır.

Azərbaycan məsələləri üzrə ekpert Anjela Elibekova Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələri şərh edərkən deyib ki, Azərbaycan 25 ildir danışıqlar prosesində iştirak etməyə davam edir və bu onların maksimal güzəştidir.

Erməni jurnalistin, “Azərbaycanın Müdafiə naziri aprel döyüşləri haqqında danışıb. Sizin fikrinizcə, Zakir Həsənov nə üçün aprel döyüşlərini xatırlatmağa qərar verib?” sulına Elibeqova bu cür cavab verib:

“Zakir Həsənovun əsas tezisi odur ki, Azərbaycan 25 ildir danışıqlar prosesində iştirak etməyə davam edir və bu onların maksimal güzəştidir. Buna görə də daha Azərbaycandan güzəşt gözləməyə dəyməz.

“İstintaq komissiyasının yaradılması erməni tərəfinin səhvidir?” sulına isə erməni ekspert dəqiq cavab verməyə çalışıb.

“İstintaq komissiyasına münasibətim birmənalı deyil, çünki kifayət qədər peşəkar insanların bura cəlb olunmasını görmürəm. Mənim üçün burada əsas məsələ vəziyyətlə bağlı operativ istintaqdır. Əgər günahkar şəxslər varsa və onlar cəzalandırılmayıbsa, o zaman onlar cəzalanmalıdırlar.

Lakin mənim fikrimcə, bu istintaqı parlamentin deputatları yox, müvafiq cavabdeh orqanlar həyata keçirməldirlər. Deputatların hərbi təhsili yoxdur və aprel döyüşləri haqqında hər hansı təsəvvürə malik deyillər, hətta cəbhə xəttində belə olmayıblar”, - deyə Elibekova bildirib.

Onu da qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin daxilində çaxnaşma yaşanır.

2020-ci ildə separatçı rejim "prezident və parlament seçkilərini" eyni vaxtda keçirəcək.

Rejimin "rəhbəri" Bako Saakyan postundan imtina etmək niyyətində deyil, lakin Ermənistan rəhbərliyi "Qarabağ klanı" ilə mübarizə kontekstində ona təzyiqlər edir.

İrəvanın təzyiqi ilə Saakyan bir tərəfdən Paşinyana qarşı çıxan "kadr"ları təmizləyir, digər tərəfdən revanş addımları da atır. İyunun 26-da separatçı "lider" "təhlükəsizlik şurasının katibi" postuna Arşavir Qaramyanı gətirdi. İyunun 11-də isə keçmiş "müdafiə naziri" olmuş "fövqəladə hallar naziri" Levon Mnasakanyanı "polis rəisi" təyin etdi. Bu dəyişikliklər Paşinyana qarşıdır.

Erməni siyasi texnoloq Viqen Akopyan hesab edir ki, Qarabağda mümkün müharibəyə hazırlıq gedir.

"Bu dəyişikliklər də Azərbaycanla müharibəyə hazırlığın bir hissəsidir", - deyə Akopyan iddia edib.

Bu arada yerli politoloqlar Rusiyanı yenidən AŞPA-ya qaytarılmasından, sanksiyaların on illər öncə işğalçı Ermənistana tətbiq edilməsinin vacibliyini bildiriblər.
Politoloq Fikrət Sadıxov deyib ki, ümumiyyətlə sanksiyalar çox mücərrəd bir anlayışdır.
“Axır illər ərzində beynəlxalq münasibətlər sistemində artıq biz görürük ki, aparıcı ölkələr – ABŞ, Avropa ölkələri və s. çalışır ki, digər dövlətlərə, ölkələrə sanksiyalar tətbiq etsin. Baxaq görək, İraqa qarşı tətbiq olunan sanksiyalar nə ilə nəticələndi? 1991-ci ildə Küveytə daxil olmaq əsas səbəb götürülərək ABŞ İraqa qarşı sanksiyalar tətbiq etdi. Sonda heç bir nəticə əldə olunmadı və ABŞ ora daxil oldu. İrana qarşı isə 1979-cu ildən sanksiyalar tətbiq olunub. Burada da heç bir şey əldə olunmadı. Yəni istənilən nəticə əldə olunmadı. Biz bu gün Şimali Koreyanı da qeyd edə bilərik. Artıq Şimali Koreya nüvə silahına malik bir dövlətə çevrilib. ABŞ prezidenti Donald Tramp məcbur olub gedib Şimali Koreyanın rəhbərliyi ilə görüşüb. Yəni sanksiyalar bir çox hallarda lazım olan nəticə vermir. Odur ki, Rusiyanı yenidən AŞPA-ya qaytardılar. Çünki aparıcı ölkələr başa düşür ki, əgər onlar Rusiya ilə münasibətlərin bərpasına nail olmaq istəyirlərsə, o zaman onlar bir meydançada bu məsələləri müzakirə etməlidirlər.
Ermənistana qarşı bu sanksiyalar isə çoxdan tətbiq olunmalı idi. Ermənistan nəinki bütün ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edib, hətta Azərbaycanın 20 faiz ərazisini indiyədək işğal altında saxlayır, beynəlxalq hüquq normalarına əməl etmir, tapdalayır və qətnamələri yerinə yetirmir. Bu reallıqdır. Bu gün Rusiya böyük bir dövlətdir. Əgər onlar Rusiyaya qarşı sanksiya tətbiq edirlərsə, təbii ki, onlar rus xalqına əziyyət verirlər. Orada pensiya məsələləri var, çoxuşaqlı ailələr var”-deyə, politoloq fikrini tamamlayıb.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, AŞPA-da Rusiya barəsində qərarın ləğv olunması və sanksiyaların geri oxunması pozitiv bir hadisədir. O nöqteyi-nəzərdən ki, Rusiya dünya proseslərində hər hansı bir rol oynamayan kiçik bir ölkə deyil. Rusiya dünyanın taleyini həll edən ölkələrdən biridir".
Baş redaktorun sözlərinə görə, Rusiya ilə bütün hallarda münasibətlərin normal dialoq müstəvisində olması həm Rusiyanın, həm də dünyanın qalan kəsiminin mənafeylərinə uyğundur: "2014-cü ildə Rusiya sanksiya tətbiq olunandan sonra və Krımın işğalından sonra nələr baş verdi? Rusiya ilə NATO-nun, Avropa Birliyinin, Avropa Şurasının, ABŞ-ın münasibətləri kəskinləşdi. Hansı ki, bu sanksiyaların tətbiq olunması dünyanın Avrasiya kimi əhəmiyyətli bir regionunda dialoq prosesinə çox pis ziyan vurdu və onu zədələdi. Əgər bu dialoq normal baş tutsa idi, nə olardı? Sonda onlar başa düşdülər ki, bu sanksiyaların əhəmiyyəti yoxdur.
İkincisi, əgər bu sanksiyalar doğurdan da beynəlxalq hüquq normalarına uyğun olaraq və əsaslı olaraq tətbiq olunsa onların bir nəticəsi ola bilər. Amma baxırsan ki, bu sanksiyaların ən çox narahat doğuran tərəfi onun ikili standart prinsipi ilə tətbiq olunmasıdır. Məsələn, ikili standartlar çərçivəsində AŞPA-dan münasibətləri, sanksiyaları qərarları Azərbaycan olaraq biz də Rusiya, Türkiyə də yaşayıb. 2016-cı ildə Türkiyəyə qarşı o qərarın qəbul olunması AŞPA-nın tarixində olmayan bir fakt kimi Türkiyəyə tətbiq olundu. Yəni ölkə rəsmi monitorinq altından çıxandan 10 il sonra təkrar Türkiyədəki o hadisələrə görə qardaş ölkəni yenidən monitorinq altında qaytardılar. Eləcə də Azərbaycanın torpaqlarının 30 ilə yaxındır ki, işğal altında olmasına və BMT-nin qəbul etdiyi dörd qərtnaməyə baxmayaraq indiyədək AŞPA Ermənistana münasibətdə belə bir sanksiya tətbiq etməyib. Baxmyaraq ki, Azərbaycanın və Ermənistanın 2001-ci ildə AŞPA-ya qəbul olunan vaxtı o şərtlərdən biri Dağlıq Qarabağ probleminin dinc yolla həllində AŞPA-nın vasitəçilik etməsi idi. Amma bu günə qədər heç bir rol oynamayıb”.

Cavid