“Ermənistan Xarici İşlər Nazirliyi təxribatçı açıqlamalarla manipulyasiya edir” Layihə

“Ermənistan Xarici İşlər Nazirliyi təxribatçı açıqlamalarla manipulyasiya edir”

Tural İsmayılov: “Burada bir çox məqam var”

“Ermənistan Xarici İşlər Nazirliyi (XİN) hazırda təxribatçı açıqlamalarla daxili auditoriya ilə manipulyasiya etməklə məşğuldur. Burada bir çox məqamlar var. Əvvəla, ölkədəlki idarəetmə sisteminə qarşı ciddi etirazlar baş qaldırıb. Nəicədə müxtəlif hakimiyyət strukturlarının həm özləri arasında, həm də xalqla koordinasiyası pozulub. Bu səbəbdəndir ki, Ermənistan dövlət idarəetməsi tamamilə iflic vəziyyətə düşüb”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov səsləndirib. O, həmçinin digər suallara da aydınlıq gətirməyə çalışıb.
-Ermənistan XİN rəhbəri Ayvazyan Zöhrab Mnatsakanyandan da bacarıqsız diplomat olduğunu nümayiş etdirir. 10 noyabr kapitulyasiya aktından sonra Ayvazyanın Dağlıq Qarabağa qanunsuz səfərinə həm Azərbaycandan ciddi etirazlar oldu, həm də Rusiya siyasi elitasında təmsil olunan tanınmış politoloqlar Ayvazyanın qanunsuz səfərlərinin bütövlükdə Rusiyaya qarşı da demarş olduğunu bildirdilər. Bundan sonra öz funksiyalarını unudan Ermənistan XİN Qarabağdakı alban məbədləri və kilsələri ilə bağlı uydurma bəyanatla çıxış etdi. Halbuki, nə qədər saxta və feyk olsa da, hər bir ölkədə XİN-in funksiyası tarix və mədəniyyət məsələləri ilə bağlı şərh verməkdən ibarət deyil. Bundan sonra sorosçu xarici agentura şəbəkələrinin yetirmələrini Ermənistan XİN-də müxtəlif vəzifələrə gətirməyə başlayıblar. Bu gün xaricdəki erməni diasporası ilə ölkədəki rəhbərlik arasında ciddi böhran hökm sürür. O qədər nəzarətsizlik var ki, hakimiyyət strukturları arasındakı qopma ölkədə “başsız atlı” sindromu yaradıb. Hazırda Ayvazyan müxtəlif qrupların əlində oyuncağa çevrilib. Nə prezident Armen Sarkisyanı sayır, nə də Şuşanı Azərbaycan şəhəri hesab edən ağılsız baş naziri. Bu baxımdan Şuşa ilə bağlı Ermənistan XİN-in əbləh açıqlaması növbəti dəfə Ermənistandakı siyasi natarazlığı ortaya qoyur. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, cənab Prezident də vurğuladı ki, Şuşada önəmli yaradıcılıq və mədəniyyət tədbirləri keçiriləcək. Ermənistan XİN-dəki çatlar yaxın dövrdə yeni istefalarla müşahidə olunacaq. Nəzərə alaq ki, hazırda Sarkisyan-Köçəryan xuntasına bağlı Nalbandyan tərəfdarları da Ermənistan XİN-in müxtəlif strukturlarında özlərinə yer ediblər. Bütün bunlardan əlavə, Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan da Paşinyan iqtiarına qarşı olan nifrətini Mnatsakanyanla əlbir olaraq Ayvazyana qarşı yönəldəcək. Ermənistan XİN-in açıqlaması diqqəti üzərindən yayındırmaq və ictimaiyyət arasında tərəfdar toplamaqdan başqa bir şeyə xidmət etmir. Ən qısa zamanda Ayvazyan və ətrafındakılar Azərbaycan tərəfindən öz layiqli cavabını aldı, Şuşada Vaqif poeziya günləri ilə siyasi “onurğalarını” darmadağın edəcək. Rüsvayçılıq həm də ondan ibarətdir ki, Ermənistanda idarəetmə şoumenlərə həvalə olunub, ölkədə peşəkar diplomatiya haqqında adi təsəvvürlər belə yoxdur.
-Bu açıqlama Ermənistanda da birmənalı qarşılanmadı. Hazırda Ermənistan cəmiyyətini necə xarakterizə etmək olar? Ermənistanda konstruktiv düşünən və Azərbaycanla münasibətləri normallaşdırma tərəfdarı olan kütlələrin təsir imkanlarını necə dəyərləndimək olar?
-Ermənistanda Paşinyan iqtidara gəldikdən sonra cəmiyyətin ciddi gözləntiləri vardı. Uzun illərdir Sarkisyanın mafioz qruplaşmaları tərəfindən istismar olunan xalq bir anda bilərəkdən, ya da bilməyərəkdən Sorosun rəngli inqilab ssenarilərinin icraçısına çevrildi. Buna baxmayaraq ölkənin regiondakı qonşu dövlətlərlə problemləri, faşizm ideologiyasının rəsmi dövlət siyasətinə çevrilməsi, başqa ölkələrin ərazilərinə olan iddiaları ölkənin 30 il ərzində addım-addım məhvinə gətirib çıxardı. Paşinyan hakimiyyətə gəldikdən sonra gözləntiləri nəinki doğrultdu, əksinə ölkədə özbaşınalıq və xaos mühiti daha da dərinləşdi. İlk olaraq Ermənistan Konstitusiya Məhkəməsi sıradan çıxarıldı. Məhkəmənin səlahiyyətlərinin mənimsənilməsi, Paşinyanın öz əleyhdarlarına qarşı başlatdığı avtoritar hücumlar nəticəsində ölkədəki ədaləti təmin edəcək ədliyyə sistemi sıradan çıxarıldı. Bundan sonra isə Ermənistanda iqtidardan ayrılanlar növbəti müxalif müqavimət hərəkatları formalaşdırdılar. Pandemiya başlayanda ölkənin iqtisadi, siyasi və sosial vəziyyəti acınacaqlı halda idi. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın timsalında Paşinyanın komandasının sabiq üzvləri “Vətən” partiyası formalaşdırdı. Yeni müxalifət Nikolun Ermənistanı uçuruma apardığını bildirdi, Paşinyanın istefası tələbini irəli sürdü. Bu dövrdə də pandemiyaya görə Ermənistana giriş-çıxış bağlandı. Bu kimi amillər ölkə iqtisadiyyatına sərmayə qoyuluşuna mane oldu. Qarabağdan çıxarılan Ermənistanda sosial və siyasi vəziyyət ağırlaşıb. Noyabrın 11-dən Yerevanda etiraz aksiyası başlayıb. Ermənistan müxalifəti bu gün 2020-ci il noyabrın 10-da Qarabağ üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli razılaşmaya etiraz aksiyası keçirir. Noyabrın 10-da isə etirazçılar parlamentin və hökumətin binasına soxularaq dağıdıcılıq ediblər. Nikol Paşinyanın kabinetini dağıdıblar. Bu baxımdan Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Onun Parlament sədri Ararat Mirzoyan isə noyabrın 10-da qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər edilib. Hətta hazırda Mirzoyanın agent olmağı haqqında söhbətlər Ermənistan gündəmini zəbt edib. Ermənistanın xarici borcu 8 milyard dollardan artıqdır ki, bu da ölkənin ümumi daxili məhsulunun 70 faizindən çoxunu təşkil edir. 2 milyard dollara qədər rezervləri olan ölkə üçün 8 milyarddan çox xarici borcun olması ciddi neqativ iqtisadi nəticələrə gətirib çıxaracaq. Ermənistanda əhalinin böyük əksəriyyəti daim Müdafiə Nazirliyinin önündə aksiyalar keçirir. Onların əsas istəyi odur ki, övladları işğal altında saxladıqları Qarabağda xidmət etməsin. Bu gün də cəmiyyətdə ciddi gözləntilər mövcuddur. İstənilən halda inkişaf etmiş, güclü Azərbaycanla və Türkiyə ilə düşmənçiliyin erməniləri məhvə apardığını söyləyən qüvvələr də mövcuddur. Ermənistanda uzun illərdir aparılan yanlış və düşmənçi təbliğat ictimai şüuru zədələsə də, münasibətlərin normallaşmağını istəyən ermənilər də kifayət qədərdir.
-Ermənistanın bundan sonrakı xarici siyasətində dəyişikliklər hiss olunurmu və bundan sonra necə siyasət yürüdəcəyi gözlənilir?
-Ermənistanda indi xairici siyasət faktoru hakimiyyətdə kimin qalmağından asılı olacaq. Bir tərəfdə sorosçuların və Qərb imperializminin alətinə çevrilən Paşinyan iqtidarı var. Paşinyanın hakimiyyəti uzun müddətli olacaqsa, ölkədəki anti-Rusiya meyilləri daha da güclənəcək. Rusiyanın isə bu məsələni səssiz seyr edəcəyi proqnozlaşdırılmır. Əgər Manukyan və onu dəstəklıəyənlər hakimiyyəti götürsə ölkənin forpost siması daha da qüvvətlənəcək.
“Türkiyə və Rusiya bölgəmizin əsas oyunçularıdır və Ankara həm Gürcüstanda, həm də Azərbaycanda böyük nüfuza malikdir. Məhz buna görə indi Rusiyanın rolu Ermənistan üçün əvvəlkindən daha çox vacibdir, eyni zamanda, digər ölkələrlə münasibətləri də istisna etmir”. Unutmaq olmaz ki, bu fikirləri Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan mətbuata açıqlamasında səsləndirib. O əlavə edib ki: “İndi təhlükəsizliyin əsas qarantı Rusiya Federasiyasının sülhməramlı qüvvələridir. Formal olaraq, bu zəmanətlər 5 ildir. Bəlkə bu müddət ərzində nəsə olacaq, bəlkə müddət uzadılacaq. Ancaq bunlar hamısı fərziyyələrdir. Rusiyanın müttəfiqi qalmaqla güclənmliyik, amma yeni müttəfiqlər axtarmağımız üçün 5 il vaxtımız var ”. Bundan sonra iqtidarda kimin təmsil olunmağından asılı olaraq xarici siyasət vektorları da müəyyənləşəcək.
-ATƏT-in Minsk qrupunun bundan sonrakı taleyi maraq doğurur...
-Minsk qrupu münaqişənin davam etdiyi 30 il ərzində gözləntiləri doğrultmadı. Qarabağdakı əks-hcum əməliyyatları zamanı Fransa açıq şəkildə Ermənistanı dəstəklədi. Azərbaycan güc yoluyla öz torpaqlarını işğaldan azad etdi. Hazırda diplomatiya sahəsində mühüm həmlələr həyata keçiririk. Minsk qrupunun bundan sonrakı taleyi düşünürəm ki, elə formal olaraq da qalacaq. Regiona yaxın olan dövlətlər prosesdə fəaldırlar. ABŞ və Fransada isə güclü lobbi erməniliyi mövcuddur. Bu baxımdan düşünürəm ki, Minsk qrupu bir müddət fəaliyyətdə olsa da, ciddi formada regiona təsiri yenə də olmayacaq.
-Bölgədə Türkiyənin varlığı hansı perspektivlərə yol açır?
-Türkiyənin bölgədəki aktivliyi mühüm rola malikdir. Türkiyə təkcə geopolitik güc deyil, həm də NATO çərçivəsində ən güclü ordulardan birinə sahib ölkədir. Türkiyə təkcə bizim regionda deyil, bütün dünyada siyasi proseslərin tənzimlənməsinə mühüm töhfə verir. Türkiyə bizim bölgədə Rusiya patronajlığının olmadığının canlı örnəyidir. İran və Rusiya ilə birgə Türkiyə mühüm qlobal təsiri olan mərkəzdir. Bu baxımdan Türkiyənin varlığı ermənilərin növbəti təxribatlarına qarşı siəp rolu oynayacaq. Bundan sonra güclənmiş Azərbaycanı heç kim təkləyə bilməyəcək. Türkiyənin mövcudluğu və siyasi proseslərdəki fəal mövqeyi Asiyada yeni nəqliyyat, tranzit və infrastruktur layihələrinə də mühüm təkan vermiş olacaq.
-Türkiyə və Rusiya arasında normallaşma prosesində fikir ayrılığı varmı?
-Türkiyə və Rusiya bir çox proseslərdə ortaq fikirə malik ola bilirlər. Nəzərə alaq ki, hazırda Türkiyəyə Rusiyadan alınan S-400 raketlərinə görə Qərbdən sanksiya təhdidləri var. 2015-ci il noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozmuşdu. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq etmişdi. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirmişdi. Pilotlardan biri yaralanmış, biri isə hadisə yerində ölmüşdü. Türkiyə vətəndaşı Alparslan Çelik isə yaralı pilotu öldürməkdə şübhəli bilinir.Bu hadisədən sonra bir-biri ilə müttəfiq sayılan Türkiyə ilə Rusiya arasında vəziyyət gərginləşdi. Lakin sonradan münasibətlər normallaşdı. Rusiya Suriyadakı hərbi əməliyyatlardan minimal zərərlə çıxmağı düşünür. Belə desək iki ölkədə düzgün siyasət aparmaqla ABŞ- ın istədiyini reallaşdırmadı. Rusiya ilk vaxtlar Afrin məsələsilə bağlı ehtiyatlı davransa da, PYD-nin son dövrdəki siyasətindən sonra bu təşkilat agörə Türkiyə ilə böhrana girməyi lazımsız bildi. Biraz düşünsək görərik ki, ABŞ silahları və dəstəkləri ilə PYD-ni özüdən asılı edib. Rusiya PYD-nin müstəqillik, milli ordu tələblərinin bir daha ABŞ-ın tələbləri olduğunu başa düşdü. Bu baxımdan Qarabağda atəşkəs nəzarətilə bağlı birgə monitorinq mərkəzi də Rusiya-Türkiyə yaxınlaşmasında növbəti mərhələ olacaq.
Əli Zülfüqaroğlu