“Erməni məsələsi” ədəbiyyat müstəvisində... Layihə

“Erməni məsələsi” ədəbiyyat müstəvisində...

II yazı...

Qurban Bayramov deyir ki, Nigarın qələmə aldığı "Daş hasar" əsərinə diqqət yetirək. Romanda murdar erməni xislətinin daşıyıcısı Xpes Xristofor Azərbaycanda yaşayıb və Azərbaycan çörəyi ilə böyüyüb: "Dədə-babası Livanı, Suriyanı gəzə-gəzə, sülənə-sülənə gəlib Ərgünəşə çıxırlar, Arazboyu kəndlərin birində məskunlaşırlar. Misal: "Bu kəndə gələndə Xristofor Kolumboviç südəmər uşaq idi. Sonralar böyüdükcə bu kəndin cavanlarına qaynayıb-qarışdı. Hərdən bir kefinin kök vaxtında zarafata salıb deyirdi: - Ara, gazdim Aran-Turani, cannat gordim burani." Papaqçı Xpes Xristofor öz ardınca bu cənnət hesab etdiyi kəndə qohum-əqrabalarını da dartıb gətirir, avtolavka sürən Aşot, dəmirçi Vanya, pinəçi Pavlik, dülgər Movses, dəllək Artaş, strelçik Armais…O qədər çoxalırlar ki, axırda ora-bura yazıb bu kənddə erməni dilində məktəb açdırırlar, azərbaycanlıların pulundan qazanıb geninə-boluna kef çəkib, güzəran keçirirlər..." Axırda da ən böyük xəyanəti onlar edirlər. Sən demə, bu kənd içində ilan balaları bəsləyirmiş...
Xpes Xristofor, arvadı Aşxen inandırıcı ştrixlərlə, tipik xarakter səviyyəsində, erməniyə xas bütün iyrənclikləri ilə təsvir edilir... Müəllif elə detallar, elə faktlar, elə məqamlar seçir ki, bunların hamısı inandırır və bizim – Azərbaycan türklərinin nə qədər sadəlövh, nə qədər ürəyiyumşaq, nə qədər yalandan, artistliklə edilən hər sızıltıya, yalandan tökülən hər göz yaşına inanır, düşməni belə insan kimi qəbul edir, ona qahmar və kömək çıxır...
Azərbaycanlıların Xpes Xristoforun yanmış evinin əvəzinə yeni ev tikmələrinə, onlara pay-paltar, yorğan-döşək, qab-qazan, avadanlıq gətirmələrinə baxmayaraq, Xpesin arvadı Aşxenlə birdən-birə yoxa çıxmaları, kəndi tərk etməmişdən qabaq etdikləri insanlığa xas olmayan heyvani hərəkətlər (meyvə ağaclarının, üzüm tənəklərinin, qızılgül kollarının doğrayıb böyrü üstə yerə sərməsi, evin döşəməsi və divarını oyuq-oyuq etməsi, qapı-pəncərələri sındırması və başqa murdarlıqlar) onların daxilindəki Azərbaycan türkünə olan nifrətini açıqlayır...
Əsərdəki bir detal da maraqlıdır; bu kəndin məktbində oxuyan, çörəyi-suyu, havası ilə böyüyən Xpesin övladları Jasmen, Raçik, Rapik qol-qanad tapan kimi bu kənddən çıxıb Avropaya gedir, diasporlarına sığınıb Parisdə yuvalanır, oradan isə Azərbaycana qarşı min-bir rəzilliklə dolu planlar qururlar...
Xpesin bir gecənin içində türkə qalmasın deyə evini, bağ-bağatını viran edib getməsi, yoxa çıxmasından daha çox, camaatı onun evin divarına yapışdırdığı, illər boyu bir yerdə yaşadığı insanlara ünvanladığı məktub olur: "İt uşağı,elə bilirsiz başa duşmadim. Yox, mən siz türklər kimi avam və qanmaz deyilam. Tok-zad hamısı yalanıydı. ...Eybi yoxdu, yaxın vaxtlarda burda göruşarik. Onda başinizi kəsib, qanınızi içacağam. Bəlkəm onda ürəyim soyudu. Yaxın gunlarda sizin hamınızi Araza tökacayik, bunu yadınızda saxlayın, qudurğan kopayuşağı."
Kəndin üstünə əldə top-tüfəng gələnlər də bu kəndin böyütdüyü ermənilərdi – yekəqarın Xpeslərdi, dilənçi Pavliklərdi, ayaqqabı yalayan Qriqorlardı və s...
İstedadlı yazıçı-publisist Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" (2001) povesti (müəllif bunu "ən uzun dərdli hekayə" də adlandırır) erməni xislətinin başqa bir yöndən açılmasına xidmət edir. Burada qaçqınlığın və köçgünlüyün bütün əzabları, ağrıları, çadırda yaşamağın mənəvi sarsıntıları, milli-mənəvi sarsıntıya çevrilən yaşam tərzi başlıca motiv olsa da, əsərin əsas obrazı olan müəllim bütün bu əzablara, ruhi sarsıntılara dözmür, üz tutur işğal altında olan doğma kəndləri Malıbəyliyə, oradan da qalxır Xankəndinə, uzun müddət məşuqə kimi saxladığı Aşotun bacısı Haykanuşun evinə gedir. Əslində bu erməni qızının adı Ariqadı. Müəllim ona Haykanuş deyir və sən demə, Haykanuş sözünün mənası "erməni qancığı" demək imiş...
Uzun illər onun əl buyruqçusu olan, bacısı Haykanuşu öz əli ilə müəllimin maşınına mindirən Aşot Müəllimin Malıbəylidəki evinə od vurub yandırmış, qol götürüb oynamışdı... Müəllim bu heyfi onda qoyub bu dünyadan köçmək istəmirdi... Hər bir türk ermənidən belə heyif çıxsa, gör nə olar?!..
Povestəki bir detal olduqca ibrətamizdir. Evin qabağında futbol oynayan erməni uşaqlarının vurduqları top müəlimin üzünə dəyir, burnundan qan şoralıyir. Bu da simvoldur... Erməni uşağının vurduğu futbol topu, atalarının atdıqları top mərmiləri kimi qan tökür, özü də türkün qanını... Müəllim ondan qorxan həmin erməni uşağının sarışın, qıvrım saçlarını qarışdırıb sığallıyır, qorxusunu götürür... Müəllif yazır: "Müəllim bilsəydidə ki, bu uşaq böyüyəcək və sabah onun oğluna güllə atacaq, yenə uşağa qıya bilməzdi. Bu, müəllimdən asılı deyildi, Allahdanıydı, Allah bu milləti belə yaratmışdı. ... Amma müəllimin ağlına da gəlmirdi ki, bunlar uşaq deyillər, ermənidirlər..."
Bunu azərbayçanlı, damarlarında türk qanı axan yazıçı Aqil Abbas yazır.
İndi baxın, müasir erməni yazıçısı, peşəcən ən humanist peşə sayılan həkim olan, damarlarında qəddar erməni qanı gəzdirən Zori Balayan Xocalı qırğınından hansı "ləzzəti" alır və nə yazır?
Misal: "… amma, yalnız xalqının ürəyi qoparılaraq dərd-qəm atəşlərində yandırılan bir erməninin qəlbi bu sətirlərdən riqqətə gələ, qürur duya bilər. Mən də bu əməli vətəndaşlıq şərəfimdən doğan duyğularımın çağrışı ilə törədir, monqol tör-töküntülərindən qisas almaqla, özümün müqəddəs kişilik (??-red.) borcumu yerinə yetirirdim.
Biz Xaçaturla zirzəmiyə girəndə, onları orada saxlayırdılar (söhbət azərbaycanlı əsirlərin saxlandığı yerdən gedir – red.), bizim əsgərlər artıq uşağı dirsəklərindən pəncərənin çərçivəsinə mismarlamışdılar. Çox səs-küy edə bilməsin deyə, Xaçatur onun ölmüş anasının döşünü kəsərək ağzına tıxadı. Sonra mən, bu 13 yaşlı türklə, onun əcdadlarının bizim uşaqlara yapdıqlarını elədim. (Qətiyyən düz deyil!! – red.) Əvvəl onun alın sümüyünü, sonra da çənəsinin və qarnının dərisini qopartdım. 7 dəqiqədən sonra o, qan itirməkdən öıdü. Mən, ilkin peşəsi həkimlik olan bir adam kimi, humanistəm (humanistə bax!! – red.) və bu səbəbdən də, bir uşaqla elədiklərimdən çox da xoşhal deyildim. Bnunla belə, törətdiyim əməldən pərvazlanan ruhumun duyduğu sevincin hədi-hüdudu yox idi ki, xalqımın ağrı və əzablarınnan yüzdə birinin də olsa, qisasını ala bilmişdim.
Xaçatur meyiti baltalayaraq hissələrə bölüb itlərə atdı, hansılardan ki, bu türk cocuğunun əcdadları əmələ gəlmişdi. Axşama qədər daha 3 türk cocuğunu eyni işgəngələrlə öldürərək itərə yem elədik... Amma mən bütün bunlara bir patriotun, bir vətəndaşın, bir erməninin borcu kimi baxır və bu əməlləri də o hisslərlə törədirdim. Xaçaturun necə tər tökərək bu işləri məmnuniyyətlə gördüyünü də qeyd eləmək lazımdı. Mən onun da, digərlələrinin də gözlərində alışıb-yanan qisas hisslərini və aşırı patriotizm ruhunu gördüm. Sonda mənim uşaqlıq dostum olan mayor Suren dedi: "Biz vəhşi deyilik, amma soyuqqanlılığımızı da saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri babalarımızın ruhları rahatlanmalıdır...
...O biri gün biz bir yerdə kilsəyə getdik, 1915- də öldürülənlərimizin ruhlarına dualar oxuduq, dünən gördüklərimizə və elədiklərimizə görə bağışlanmamızı dilədik. Ancaq biz Xocalını – vətənimizin bu hissəsini 30 minlik murdar tör-töküntülərdən azad edə bildik.
Sonra Surenin evinə gəldik və onun arvadı bizə "cermuk" gətirincə, Xaçatur yorğun səslə: "Ermənilər öz doğma torpaqlarını azad etməyə borcludurlar və Böyük Ermənistanın yenidən bərpası davam etməlidir. Ruhumuz göylərdə olanda bu bizim hesabımıza yazılacaq və biz orada əcdadlarımızın qarşısına təmiz vicdanla çıxacağıq"- dedi. Mən bununla razılaşmaya bilməzdim." (Bax: Zori Balayan. "Dirilmə" "Vanadzor" – 1996, səh – 260-262.)
Qayıdaq humanist yazıçımız Aqil Abbasın əsərinə...
Aqil Abbas öz qəhrəmanı –müəllimin içində gəzir, onunla birləşir, müəllif və yaratdığı obraz bütövləşir, təsirli, psixoloji məqamlarla yüklü xatirələr, düşüncələr çuğlaşaraq çözələnir, oxucunun mənəviyyatına nüfuz edir və bu məqamda müəllif, obraz və oxucu üçlüyü yaranır, erməniçiliyə qarşı nifrət hissi tüğyan edir, qarşıdakı düşmənin rəzilliyi və qorxaqlığı aşkarlanır...
Müəllim Aşotu və onun meyxanasında olan ermənilərdən əlindəki qumbaranı partladaraq heyfini alır, özü də şəhid olur... Bu səhnədə ermənilərin qorxaqlığı, rəzilliyi, fahişəliyi Aqil Abbasın dili ilə desək "oğraşlığı" bütün gerçəkliyi ilə görsənir..."

Əli

Ardı var...

Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" layihəsi çərçivəsində dərc olunur.