Qondarma “erməni soyqırımı” əfsanəsinin arxasında real türk soyqırımı dayanır Layihə

Qondarma “erməni soyqırımı” əfsanəsinin arxasında real türk soyqırımı dayanır

Qərb şərqşunası Pyer Duman: "Qoy siyasətcilər tarixə mudaxilə etməsinlər, onların müdaxiləsi saxtakarlıqla müşayiət olunur"

Dünyanı çaşdıran, aldadan "erməni soyqırımı" cəfəngiyyatının iç üzü gündən-günə daha aydın bilinməkdədir. Tarix yalanlardan, zordan xali olmasa da, yalan tarix yazan xalqların yalançılığı gec-tez bilinir. Ermənilərin kimliyini, sifətini aşkarlamaqda özləri də dünyaya "yardımçıdılar". Çünki "mələk" maskaları tamam yırtılıb. Adətən ermənilər bizim bir məşhur məsəldə olduğu kimi "Tutar qatıq, tutmaz ayran" prinsipi ilə hərəkət edirlər . Aydan arı, sudan duru adamlar kimi daş atıb baş tuturlar, haray-həşir, səs-küy qoparırlar. Elə ki, yalanları üzə çıxdı, uydurmaları uğursuzluğa düçar oldu, utanıb-qızarmadan, həyasızcasına növbəti yalana, fırıldağa, iftiraya, şərə-böhtana əl atırlar, təzə yalana, saxtakarlıqlara meydan verirlər. Araşdırmaçıların fikrincə, Qərb və Rusiya üçün "erməni məsələsi" barmaqda oynadılan qəlp bir həlqəyə bənzəyir. Nə ucu var, nə də sonu. Araşdırmaçı Ə.Əroğul deyir ki, "ucu, sonu bilinməyən bu qəlp həlqə açılandır, qapanan deyil. İstənilən super dövlət bu həlqəni barmağına keçirərək dünya arenasında Türkiyə əleyhinə bir vasitə kimi fırladır. Erməni saxtakarlığından və Türkiyə əleyhinə olan ziyankarlığından kifayət qədər faydalanırlar. Əgər belə olmasaydı, erməni-daşnak terrorçularının törətdiklərini demirəm, sənədlərlə bağlı cinayətlərini belə bunca müdafiə etməzdilər. Axı sənədlərin saxtalaşdırılmasının özü də dövləti cinayətdir. Hər bir dövlətin cinayət məcəlləsində saxtakarlara qarşı maddə, cinayət məsuliyyətinə cəlbolunma tələbləri var. Bəs görəsən, həmin ölkələrin qanun keşikçiləri nə üçün erməni saxtakarlığına hüquqi qiymət vermirlər?! Nə üçün özlərini sivil ölkə adlandıran, demokratiyanın flaqman hökumətləri, onun ali qanunvericilik orqanları - parlamentləri ermənilərin törətdikləri cinayətləri müdafiə edirlər?!"
Cəzasızlıq şəraitindən istifadə edən erməni-daşnak faşistləri peşəkarcasına terror aksiyaları törədirlər. İnsan qatilləri cəzalandırılmaq əvəzinə mudafiə olunurlar, sərbəst buraxılırlar: "Yoxsa Amerika, Qərbi Avropa parlamentariləri bizimlə oyun oynamaqdan həzz almazlar. Bütün bunlardan azğınlaşan erməni-daşnak faşistləri özlərinin uydurduqları saxta soyqırımlarını başqa millətin uzərinə atırlar. Hətta iddia edirlər ki, erməni genosidi yəhudi soyqırımının müjdəcisi olub. XX əsrin ilk soyqırımıdır. Erməni-daşnak faşistləri isə ilkin dövrlərdə şişirdilmə ilə qeydə alınan "300 min erməni öldürülüb" ifadəsindəki rəqəm göstəricisini ilbəil dəyişdirir, artırırlar. "Böyük qırğın" adı altında guya 1915-ci ildə 2,5 milyon erməninin öldürüldüyünü iddia edirlər. Bu rəqəm dildən-dilə kecir, kağızdan-kağıza köçürülür. Çox güman ki, erməni saxtakarlığı dünyadakı ermənilərin sayı hərgah 6 milyon və ya ondan çox olsaydı, utanıb-qızarmadan bu rəqəmi 6 milyonluq yəhudi genosidinə catdırar, bəlkə də bu rəqəmi arxada qoymuş olardılar. İnsan həyasını itirəndə ondan hər nə desən, gözləmək olar. Görün bir iş nə yerə catıb ki, erməni saxtakarlığı, habelə A.Hitlerin adına ünvanlanan, əsli olmayan sitatlar, uydurma mülahizələr ABŞ dövlətinin bir cox ştatlarının orta məktəblərində dərs kimi tədris olunur. ABŞ-ın ali qanunvericilik orqanlarında yuva qurmuş ermənipərəst senator və konqresmenlər küpəgirən qarılar sayaq qondarma "erməni soyqırımını" İran saqqızı kimi çeynəməkdən, ərəb təsbehi kimi daşlarını o yan-bu yana çevirməkdən, saymaqdan yorulmaq bilmirlər. Erməni yalanına cürbəcür, çeşid-çeşid don biçirlər, dünya ictimaiyyətini həqiqətdən yayındırmağa çalışırlar. Fransada, İsveçrədə hətta erməni saxtakarlığını inkar edənlərə qarşı ölkənin CM-də müvafiq maddələr də təsbit edilir. Bu gün "erməni məsələsi" ABŞ-da prezident seckilərində namizədlər üçün səs toplamaq vasitəsinə, senatorlar, konqresmenlər, qubernatorlar üçün isə varlı erməni diasporlarından və beynəlxalq təşkilatlardan pul çəkmək məsələsində bir oyuna çevrilib. Oyunbazlıq göstərməkdə Fransanın əldə tutduğu "erməni məsələsi" bir oyun, bir marionetkadır. Rusiya üçün isə bu məsələ Qafqazda oturacaq yerinə işlətdiyi söykəksiz kətildir".
Hər il aprel ayının 24-də dünyanın aparıcı ölkələrində əlləri yüz minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini dövlət siyasətinə çevirən erməni-daşnak faşistləri uydurma "erməni soyqırımı" yalanını ucuz şou-tamaşayla qeyd edirlər. Erməni millətini "məzlum", "əzabkeş", "cox təcavuzlərə məruz qalan", "qurbanlıq quzu" qismində dünya birliyinə sırıyırlar. Kimsə demir ki, 1915-ci ildə 1,3 milyondan az erməninin yaşadığı bir ərazidə bu ərazinin 11 milyon türk əhalisini məhv edib bu torpaqları Rusiyanın tərkibinə qatmaq və ya hansısa uydurma monoetnik erməni dövləti yaratmaq hansı məntiqə sığır?! Haqq-ədaləti bunca tapdamaqmı olar?!"
Bu paradoks "erməni məsələsi"nin bir hissəsi olan qondarma, süni surətdə yaradılmış və qabardılmış Qarabağ probleminin həlli məsələsində də özünü göstərir. Daha doğrusu, bu problemin həll edilməsi məqsədi ilə yaradılmış Minsk qrupunun süründürməçilikləri, yarıtmaz fəaliyyəti göz qabağındadır. Ötən illərdə nəyəsə muvəffəq olunmayıb: " Minsk qrupunun həmsədrləri haqqında düşünməyinə dəyər. Bundan o tərəfə yol yoxdur. Qoy öz qürurunu itirmiş Qərb parlamentariləri Qərb şərqşunası Pyer Dumanın - "Qoy siyasətcilər tarixə mudaxilə etməsinlər. Onların mudaxiləsi saxtakarlıqla müşayiət olunur" xəbərdarlığını sırğa edib qularlarından assınlar. Bu xəbərdarlığı qulaqardına vurub qondarma "erməni soyqırımı"nı tanımaq lehinə səs verməklə haqqı danmasınlar, vicdanlarına kölgə salmasınlar. Onsuz da öz əməllərinə görə ermənilər hər xalq, hər dövlət üçün bir cür mənalandırılan, unvanlandırılan ayamalar qazanmışlar. İngiltərə erməni məsələsindən kifayət qədər, yetərincə istifadə edib. İmperiya siyasətində I Pyotrdan üzü bəri Rusiya üçün haylar işğalçılıq vasitəsi olub, olaraq da qalır. Əlbəttə, "erməni məsələsi" mahiyyət etibarilə Avropa məsələsidir. Əgər o, XIX əsrin sonu – XX əsrin əvvəllərində böyük dövlətlərin Osmanlı imperiyasını parçalamaq işinə xidmət edirdisə, bu gün AB-yə can atan Türkiyə Cümhuriyyətini zəif salmaq, daha asanlıqla iradələrini ona diqtə etdirmək, əldə saxlamaq cəhdlərinə xidmət edir. Bu gün "erməni məsələsi" Rusiya Federasiyası üçün daha böyük, çar və sovet Rusiyası donəmindəkindən ikiqat artıq əhəmiyyət kəsb edir. Bütün gücü-qüvvəsi ilə əlini bu məsələnin üstünə qoyub. Ermənistanla birgə hərbi qruplaşmalar, hava hücumundan vahid müdafiə sistemi yaradır. Azərbaycan və Gürcüstan ərazilərindən çıxardığı hərbi bazaların canlı qüvvələrinin və döyüş texnikasının böyük bir qismini Ermənistan ərazisinə köçürüb. Ermənistana 1994-1996-cı illərdə təmənnasız olaraq 1 milyard ABŞ dolları dəyərində döyüş silah-sursatı verib..."
Bu gün qondarma, uydurma "erməni soyqırımı" əfsanəsi erməni-daşnak faşizminin apardığı ideoloji mübarizənin ana xəttini təşkil edir. Bu isə cox mətləblərdən xəbər verir və analoqu olmayan bir siyasətdir: "Birincisi, bu uydurma soyqırımı davamlı olaraq artan xətlə böyük dövlətlərin parlamentlərində bu və ya başqa şəkildə muzakirəyə çıxarılır və gündəmdən düşməyə imkan verilmir. Bu da erməni xəyanətini və erməni-daşnak faşistlərinin Azərbaycan türklərinə qarşı apardıqları etnik təmizləmə siyasətini və soyqırımını pərdələyir. İkincisi, bununla belə, erməni-daşnak faşistləri Azərbaycan türklərinin soyqırımını davam etdirmək niyyətində olduqlarını numayiş etdirirlər. Üçüncüsü, uydurma soyqırımı dünya birliyinə tanıtmaqla Türkiyə Cümhuriyyətindən təzminat almaq, torpaq qoparmaq iddiasından əl çəkmək fikrində olmadıqlarını acıq-aydın bəyan edirlər. Uydurma "erməni məsələsi" uzun illər öz adıyla tarixləşsə də, bəli, bu gün qondarma "erməni soyqırımı" adıyla yaşadılır. "Əzabkeş və məzlum" erməni obrazı yaradılır, "erməni soyqırımı" əfsanəsinin tanıdılması uğrunda gedən mübarizə səngimək bilmir, gündəlik müzakirə mövzusuna çevrilir. Hətta bununla bağlı bir sıra Qərb ölkələrinin qanunvericilik orqanları beynəlxalq hüquq normalarına zidd olan əsassız və ədalətsiz təsiretmə aktları qəbul edirlər. Bunun kölgəsində erməni-daşnak faşistləri öz məkrli niyyətlərini həyata keçirirlər. İşğalçılıq, etnik təmizləmə və soyqırım, dövlət terrorizmi kimi siyasətlərini pərdələyirlər. Halbuki qondarma "erməni soyqırımı" əfsanəsinin arxasında real türk soyqırımı dayanır. Axı tarixə yanlışlıq verə-verə erməni-daşnak faşistləri hara kimi yalan addımlar atacaqlar, nə qədər məsafə qət edəcəklər?! Detalları şübhə doğuran, tarixi köku, sübutu olmayan uydurma "erməni soyqırımı" hec nədən yaranan, xristian himayəsinə sığınan erməni-daşnak faşistlərinin ortaya atdığı ədalətsiz işğalçılıq müharibəsinə haqq qazandırmaqdan, məkr və hiylədən başqa bir şey deyil.
Vaxt gələcək, tarix öz mizan tərəzisini ortaya qoyacaq. Kimin kim olduğunu incələyib tarixi həqiqətin nədən ibarət olduğunu bütün dünya anlayacaq. Türkün qayəsi insandır. Bu tarixi haqqımızı dünya birliyinə tanıtmaq, çatdırmaq, öz haqqımızı əldə etmək üçün ardıcıl, sarsılmaz, əzmkar mübarizə yolu qarşımızdadır. Bu yol bizim haqq yolumuzdur...

Uğur