İranın Qərbi Azərbaycan vilayətində zəlzələ olub Güney Azərbaycan

İranın Qərbi Azərbaycan vilayətində zəlzələ olub

İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Qərbi Azərbaycan vilayətinin Şot şəhərinə təsadüf edib.
3.2 bal gücündə olan zəlzələ martın 31-də Bakı vaxtı ilə saat 07:24-də yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Şotdan 20 km, Siyaçeşmədən 21 km və Makudan 28 km uzaqlıqda baş verib.
Dağıntı və tələfat yoxdur.