Bir qrup fəal yeni azadlığa çıxan ustad Həsən Dəmirçi ilə görüşüb Güney Azərbaycan

Bir qrup fəal yeni azadlığa çıxan ustad Həsən Dəmirçi ilə görüşüb

Bir qrup azərbaycanlı milli-mədəni fəal keçən günlərdə azadlığa buraxılan musiqi ustadı, tanınmış milli-mədəni fəal Həsən Dəmirçi ilə görüşüb.
Mayın 13-də (ordibeheştin 23-də) baş tutan görüşə çoxsaylı fəal qatılıb. Xoy şəhəri və Qaradağdan gələn fəallar bir neçə saat H.Dmirçi ilə söhbət ediblər.
Görüş zamanı Güney Azərbaycanın cari məsələləri müzakirə olunub. Ustad Dəmirçi isə həbs günlərindən danışıb və bir neçə xatirəsini azərbaycanlı fəallara paylaşıb.
Sonda Azərbaycanın milli musiqisi də ifa olunub.
Xatırladaq ki, adını çəkdiyimiz tanınmış milli-mədəni fəal H.Dəmirçi məhkum edildiyi 6 aylıq həbs cəzasını çəkdikdən sonra aprelin 27-də (ordibeheştin 7-də) Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb. O, mədəni fəaliyyətlərinə görə qondarma ittihamlarla həbs edilmişdir.