Milli fəallar etiraz olaraq vərəqələr yayıblar Güney Azərbaycan

Milli fəallar etiraz olaraq vərəqələr yayıblar

İranda milli fəallar Azərbaycan türklərinin ana dilində təhsil hüququndan məhrum edilməsinə etiraz olaraq vərəqələr yayıblar.
Kult.az xəbər verir ki, sentyabrın 22-də yayıldığı bildirilən bildiriş vərəqələrinə şəhərin müxtəlif məntəqələrində rast gəlinir. Bildiriş vərəqəsində azərbaycanlıların 1 əsrdir ki, öz dilində təhsil almadığı xatırladılır: "Mehr ayı gəldi, yenə də təhsil ocaqları fəaliyyətə başlayır. Fars xalqından fərqli olaraq, təxminən 1 əsrdir ki, bizim uşaqlarımız ana dilində təhsil almaq huququndan məhrum edilib. Həsən Ruhani verdiyi vədlərə rəğmən bizim təxminən 1 əsrdir qadağan edilmiş dilimizi azad edə bilmədi, daha doğrusu, bunu etmək istəmədi.
Azərbaycan Milli Hərəkat fəalları Azərbaycan türk millətinin milli və mədəni hüquqlarının bərpası istiqamətində mədəni mübarizəsini davam etdirərək etiraz səsini hər gün daha da yüksəldəcək. Bu vəziyyət türk millətinin hüquqları təmin olunanadək davam edəcək".