Daha bir azərbaycanlı millət vəkili təhqiramiz teatra görə etiraz etdi Güney Azərbaycan

Daha bir azərbaycanlı millət vəkili təhqiramiz teatra görə etiraz etdi

Son günlərdə Tehranda "Xəraktor" ("xər" fars dilində uzunqulaq deməkdir) adlı təhqiramiz teatrın icra edilməsi, millətimizlə yanaşı daha bir azərbaycanlı millət vəkilinin etirazına səbəb olub.
Təbrizin İran parlamentindəki millət vəkili Məhəmmədhüseyn Fərhəngi bazar günü (yekşənbə) parlametdə çıxış edib. O öz çıxışında birliyi pozan hərəkətlərin qarşısının alınmasını vacib sayaraq deyib ki, "son günlərdə Tehranda təhqiramiz bir teatr icra olunub. İslami İrşad Nazirliyi nifaq salanların qarşısını almalıdır."
M.H.Fərhəngi sözlərinin davamında deyib ki, "ölkə bütün uğurlarını, fasr, türk, kürd, lor, ərəb, gilək, türkmən v s. kimi ölkəni oluşduran xalqlara borcludur, bu qruplar getsinlər özlərini lağa qoysunlar."
Qeyd edək ki, bundan öncə həmin teatrla əlaqədar Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur da öz etirazını bildirmişdir. Təhqiramiz teatrla bağlı azərbaycanlılar müxtəlif formalarda etiraz ediblər və bu etirazlar hələ də davam etməkdədir.