Namus üstə adam öldürən qadının edamı ertələndi Güney Azərbaycan

Namus üstə adam öldürən qadının edamı ertələndi

Onu zorlamaq istəyən adamı öldürdüyü üçün edam cəzasına məhkum edilən iranlı qadın Reyhaneh Cabbarinin edamı 10 gün təxirə salınıb.
Axar.az xəbər verir ki, İran 26 yaşındakı Cabbarinin edamını son dəqiqədə 10 gün uzadıb. Beynəlxalq Əfv Təşkilatı edamın nə üçün təxirə salınması ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini açıqlayıb.
Xatırladaq ki, Cabbari 2007-ci ildə onu zorlamaq istəyən İran Kəşfiyyatının köhnə əməkdaşı Murtaza Əbdüləli Sarbandiyi öldürməkdə ittiham edilir. Cabbari isə Sarbandiyi başqasının öldürdüyünü söyləyib.