
Muxtar Muradi 91 günlük həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və Mahabad (Soyuqbulaq) zindanına intiqal edilib.
Mahabadın İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən həbs cəzasına məhkum edilən fəal noyabrın 7-də (abanın 16-da) təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Qeyd edək ki, adını çəkdiyimiz fəal daha bir neçə azərbaycanlı fəalla birlikdə ötən il Qoşaçaya yaxın Qəcəlu kəndində tutuqlanıb. Onlar ötən il "21 Azər"-də Azərbaycan Demokrat Firqəsinin şəhidlərindən biri Xanəli Mütiinin məzarı üstündə keçirilən mərasimdə yaxalanmışdır.
M.İbrahimi tutulduqdan bir neçə gün sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.