25 Yanvar 2021 10:11
6 440
Şərqi Azərbaycan “Qaz İdarəsi”nin məsul işçisi və Universitet müəllimi öz avtomobilində öldürülüb.
Yanvar ayının 24-ü, bazar günü, səhər saatlarında Şərqi Azərbaycan əyalətinin qaz idarəsinin işçisi Təbriz şəhərinin “Laləzar” dörd yolunda silahlı şəxslərin hücumu nəticəsində qətlə yetirilib.
Hücuma məruz qalan şəxs hadisə yerindəcə həyatını itirib.
Hadisə şahidlərinin bildirdiyinə görə, silahlı basqınçılar avtomobilin içində olan şəxsə 4-7 dəfə atəş açıblar.
Qətlə yetirilən şəxs qaz idarəsinin nümunə işçilərindən və eyni halda Təbriz Universitetinin müəllimi olub.
Hələlik hücumun səbəbləri və öldürülən şəxsin haqqında rəsmi şəkildə geniş bilgi verilməyib.
Şərqi Azərbaycan əyalətinin Baş Polis İdarəsinin rəis müavini polkovnik “Şəəfi” mətbuata verdiyi açıqlamada hadisə ilə bağlı cinayət işinin başlanıldığını, yaxın gələcəkdə bu haqda ictimaiyyətə açıqlama veriləcəyini deyib.
Gunaz.tv
30 Oktyabr 10:53
1 841
28 Oktyabr 10:51
2 814
28 Oktyabr 10:50
2 933