İranın Mədəni İrs nazirliyi Əhərin qayaüstü yazıları və qədim mağaralarına yiyə durmur - FOTO Güney Azərbaycan

İranın Mədəni İrs nazirliyi Əhərin qayaüstü yazıları və qədim mağaralarına yiyə durmur - FOTO

Bu qədim yer tarixə qədərki insanların (təxminən qırx min il əvvəl) məskunlaşdığı ən misilsiz daş kitabələr və mağara kolleksiyalarından birini özündə cəmləşdirir.

Əhər şəhərinin şərqində yerləşən 1000-dən çox daşüstü yazılar və bir neçə tarixi əhəmiyyətli qədim mağaralar taleyin umuduna buraxılıb və demək olar ki, onlarla ilgili araşdırma aparılmayıb.

Eyni halda çox təəccüblü və qəribə olsada, çoxsaylı müraciətlərə baxmayaraq bunların demək olarki heç biri İran Mədəni İrs Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.

Qayüstü motivlər keçmişdə “çobanlıq sənəti” deyilən mesajlaşmanın ən yaygın yollarından biri olubdur. Əhər şəhərindəki sözügedən kompleks 4.3 sm-dən 70.60 sm-ə qədər fərqli ölçülərdə yüzlərlə belə qayaüstü yazılar mövcuddur.

Əhərin qışlaq bölgələrinin qayastü motivləri dörd qrupa bölünür: insan motivləri, heyvan motivləri, ov səhnələri və simvolik səhnələr.

Mövcud qədim petroqliflərdən əlavə, bu yerin yaxınlığında tarixdən öncəki insanların yaşayış məskənləri, qədim məzarlıqlar və mağaralar da var. Təəssüf ki, Mədəni İrs Nazirliyi və başqa əlaqədar qurumların laqeyd münasibəti nəticəsində bu əhəmiyyətli tarixi əsərlər talançıların maddi tamahı nəticəsində ciddi ziyan görüb.

Bu ərazi bölgənin və Azərbaycanın tarixi keçmişini əks etdirməklə yanaşı, cazibə və turizm mərkəzi potensialına da malikdir.

Arazın Quzeyində, Azərbaycan Respublikasında Qobustan qayaüstü yazılarının qorunması üçün böyük vəsaitlərin xərcləndiyi, dünyaya tanıtdırıldığı və YUNESKO-nun mədəni irs siyahısına salındığı halda, Arazın Güneyində bu Tehran hökumətinin ögey münasibəti nəticəsində mümkün olmur.

Gunaz.tvQuote | Gunaz article