Azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədi tutuqlanıb Güney Azərbaycan

Azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədi tutuqlanıb

Son həftələrdə rejimin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri yeni vüsət alıb.
Məlumata görə, Hüseyn Əli Məhəmmədi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Yaxalanarkən məlumar tərəfindən döyülən fəal, Təbriz şəhərinə yaxın bir yerdə dostunun iş yerində tutulub.
Naməlum səbəbdən tutulan fəalın harda saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, adını çəkdiyimiz fəal mədəni fəaliyyətlərinə görə bundan öncə də dəfələrlə saxlanılıb və qondarma ittihamlarla həbs cəzasına məhkum edilib. Onun Təbrizin inqilab məhkəməsində bir neçə uydurma ittihamla əlaqədar dosyesi var. Lakin hazırda onun hansı səbəbdən tutulması ilə bağlı heç bir məlumat yoxdur.