“Qarabağ” reytinq siyahısında gerilədi İdman

“Qarabağ” reytinq siyahısında gerilədi

Çempionlar Liqasının qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda Avropanın 442 komandası yer alıb. Azərbaycanın ən yaxşı təmsilçisi "Qarabağ"ın mövqeyində dəyişiklik olub. Ağdam təmsilçisi Çempionlar Liqasındakı son matçında "Roma"ya 0:1 hesabı ilə uduzduqdan sonra 1 pillə geriləyib. Hesabında 20,500 xal olan Qurban Qurbanovun yetirmələri artıq 67-cı yerə şərikdi. Təmsilçimiz Belarus BATE-si ilə eyni göstəriciyə malikdi.
"Qarabağ"ın geriləməsinin səbəbkarı isə Hollandiya "Feyenoord"udu. Rotterdam təmsilçisi öz meydanında "Napoli"ni 2:1 hesabı ilə məğlub edib. Nəticədə aktivinə 2 xal yazan hollandiyalılar hesabını 21,500-ə çatdırıb. Onlar Təl-Əviv "Makkabi"si və Vyana "Rapid"inə şərik olub. 67-68-ci yerləri bölüşən "Qarabağ" ilk "100-lük"dədisə, digər komandalarımız xeyli geridə qalıb. Ağdam klubu kimi öz əmsalına malik olan "Qəbələ"nin aktivində 5,250 xal var. "Voyvodina" ilə eyni xala malik təmsilçimiz 191-ci pillədə qərarlaşıb. Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə "Neftçi, "Xəzər Lənkəran", "Keşlə", "Zirə" və "Kəpəz" 3,825 xalla 244-cü yeri bölüşür. Qeyd edək ki, ilk "onluq"da da dəyişiklik