“Qəbələ” dünya kuboku yarışlarını dördüncü pillədə başa vurub İdman

“Qəbələ” dünya kuboku yarışlarını dördüncü pillədə başa vurub

İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kuboku yarışlarına yekun vurulub. "Qəbələ" turnirin sonuncu günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb. "Qırmızı-qaralar" Sloveniyanın "Bravo" komandası ilə görüşüb. Matçın taleyini 1 qol həll edib. Sloveniya təmsilçisi 1:0 hesablı qələbə ilə 3-cü yeri tutub. "Qəbələ" isə turniri 4-cü pillədə başa vurub. Yarışın qalibi adına İtaliya "Udineze"si yiyələnib. Onlar 1:1 hesabı ilə başa çatan final matçının penaltilər seriyasında İngiltərə "Uimbldon"undan üstün olublar.
Xatırladaq ki, "Qəbələ" 3-cü yer uğrunda oyunadək keçirdiyi 6 oyunda 5 qələbə qazanıb və 1 heç-heçə edib. Komandamız qrupda "Sofiya Sport B"yə (Bolqarıstan) 14:0, "Livintana"ya (İtaliya) 11:0, "Ankona"ya (İtaliya) 3:1, səkkizdəbir finalda "Hayduk"a (Xorvatiya) 3:2, növbəti mərhələdə "Mendrisiotto Selection"a (İsveçrə) 5:1 hesabı ilə qalib gəlib və yarımfinalda İngiltərə "Uimbldon"una penaltilər seriyasında uduzub (1:1, penalti 4:5).