

Arxiyepiskop Mikael Acapaxyanının həbsinin uzadılması ilə bağlı apellyasiya şikayəti verilib
Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşəcək
Peşəkar Futbol Liqası Azərbaycan çempionatının və kubokunun son oyunları ilə bağlı Əsasnaməyə edilən əlavələri açıqlayıb.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən rəsmiləşən dəyişikliyə əsasən matçların start fitindən əvvəl komandalar bəzi tələblərə əməl etməli olacaqlar.
Onlardan biri salamlaşmanın ləğvidir. Oyunlardan əvvəl sosial məsafənin qorunması üçün futbolçular və hakimlər görüşməyəcəklər. Həmçinin vimpel dəyişdirmək və kollektiv şəkil çəkdirməyə də icazə yoxdur.
Bundan başqa, qarşılaşmaların yan xətt hakimləri oyuna tibbi maska ilə çıxacaqlar.
Mübahisəli top epizodunda hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək.