NATO-dan Ankaraya xəbərdarlıq Dünya

NATO-dan Ankaraya xəbərdarlıq

NATO-nun Baş katibi Yens Stoltenberq PKK-ya qarşı hava hücumu ilə bağlı Ankaraya xəbərdarlıq edib. Baş katib bu hücumların sülh prosesinə zərər verəcəyini açıqlayıb. Norveçin NRK radiosuna müsahibə verən 56 yaşlı siyasətçi anti-terror əməliyyatlarında həmişə Türkiyənin yanında olacaqlarını deyib: "Bütün dövlətlərin özünü müdafiə etməyə haqqı vardır. Türkiyənin apardığı əməliyyat terror hücumlarına qarşı özünü müdafiə haqqıdır. Ancaq tədbirlərin ölçülü olması lazımdır və gərəksiz yerə qarşıdurmaların alovlanmasına yol vermək olmaz". Xatırladaq ki, sabah Türkiyənin tələbi ilə Şimali Atlantika Şurasının toplanması gözlənilir. Yığıncağa 28 NATO ölkəsinin səfirlərinin tam heyətdə qatılacağı təxmin edilir.