“PKK gərəkli dərsini almalıdır ki...” Dünya

“PKK gərəkli dərsini almalıdır ki...”

Elxan Şahinoğlu: "Dövlətin güzəştlərini təslimçilik kimi anlamasın"

"Türkiyənin PKK-nı vurmaqdan başqa alternativi qalmamışdı". Belə bir fikirlə politoloq Elxan Şahinoğlu çıxış edib. "Əli silahlı kürdlər Türkiyə dövlətindən nə tələb edirdi?"Ana dilimizdə danışmaq istəyirik". Dövlət təmin etdi, rahatca danışa bilirlər. "Kəndlərimizin kürdcə adları geri qaytarılsın". Dövlət bunu da təmin etdi."Televiziya və radioda kürdcə yayım olsun". Bu da yerinə yetirildi. "Parlamentdə təmsilçilərimiz olsun". Türkiyə Cumhuriyyəti tarixində ilk dəfə kürdlərin partiyası 80 millət vəkili ilə parlamentdə təmsil olunur, sayları türk milliyətçiləri qədərdir. Daha istək və tələb qalmayıb, ancaq yenə də öldürürlər. Deməli, dövlətin də onları öldürmək, bazalarının bombardman etməkdən başqa alternativi qalmayıb. Əlbəttə, PKK bu bombardmanlar nəticəsində yox olmayacaq, ancaq gərəkli dərsini almalıdır ki, dövlətin güzəştlərini təslimçilik kimi anlamasın", - deyə E. Şahinoğlu qeyd edib.

Əli