Çin Moskvanın əmrini gözləyir Dünya

Çin Moskvanın əmrini gözləyir

Çinin konkret hərbi müdaxilədə Rusiyaya dəstəyi daha çox texniki və kiçik hərbi kontingentin simvolik şəkildə Moskvanın əmrinə verilməsindən ibarət ola bilər. Bu sözləri Rusiyanın Suriyaya hərbi müdaxiləsinə Çinin qoşula bilmə ehtimalını dəyərləndirərkən analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, İran və Rusiya cinahının xeyrinə Çinin də qoşulması Qərb üçün son dərəcə ciddi siqnaldır: "Hər halda Rusiya tərəfi hadisənin naviqasiya xətası nəticəsində baş verdiyini rəsmi olaraq açıqlayıb. Amma bu açıqlama göründüyü kimi, gərginliyi aradan qaldırmır və rəsmi Ankara Rusiyanın Suriya müdaxiləsindən olduqca narazıdır. Rusiyanın anti-Əsəd qüvvələrinə qarşı hava zərbələri endirməsi, eyni zamanda, rejimi təkcə diplomatik-siyasi deyil, hərbi yolla da dəstəkləyən İranla birgə hərəkət etməsi Ankaranın marağına cavab vermir və bu, Türkiyə prezidentinin bir neçə gün öncəki bəyənatında da açıq şəkildə vurğulandı. Çinin konkret hərbi müdaxilədə Rusiyaya dəstəyi daha çox texniki və kiçik hərbi kontingentin simvolik şəkildə Moskvanın əmrinə verilməsindən ibarət ola bilər. Lakin hərbi deyil, siyasi nöqteyi-nəzərdən bu, son dərəcə ciddi bir addım kimi qiymətləndirilməlidir və faktiki olaraq Yaxın Şərqdə qarşıduran tərəflər arasında İran və Rusiya cinahının xeyrinə Çinin də qoşulması Qərb üçün son dərəcə ciddi siqnaldır".