İŞİD-in Ankara teraktında susmasının gizlinləri Dünya

İŞİD-in Ankara teraktında susmasının gizlinləri

Ankarada 97 nəfərin tələf olması ilə nəticələnən teraktdan 8 gün ötür

Cavid

Geridə qalan bir həftə ərzində heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib.
Bundan qabaq - Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir mitinqində və Suruçda kamikadze partlayışları zamanı IŞİD ittiham edilib.
Amma bu ittihamlara görə "islam"çılardan bir açıqlama gəlməyib. Tunisdən Yəmənə, Misirdən Banqladeşə qədər, hər yerdə hücumlar törətdiyini deyən İŞİD niyə Türkiyədəki hadisələrlə bağlı susur?
BBC müxbiri Rengin Arslan bu suala cavab axtarıb.
Mütəxəssis Tim Eton deyib ki, silahlı qruplaşmalar terroru etiraf etmək üçün bəzən boyun qaçırırlar. Onun sözlərinə görə, İŞİD-in məsuliyyətdən boyun qaçırması strateji anlam daşıya bilər.
"Ankara hücumunda olduğu kimi, əvvəlki hücumlarda da kürdləri hədəf alması Türkiyə içində gərginliyi artırmaq üçündür," - Eton əlavə edib.
"İŞİD niyə məsuliyyəti üzərinə götürüb Türkiyəni üzərinə çəksin?," "İŞİD və İraq" adlı kitabın müəllifi, keçmiş döyüşçü Abdullah Ağar sual edib.
O xatırladır ki, İŞİD hazırda Suriya və İraqda bir çox qrupla, o cümlədən, Rusiya və ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri ilə müharibə aparır.
Voodro Vilson Mərkəzinin Orta Şərq Proqramı direktoru Henri Barkey "Amerikanın səsi" radiosuna müsahibəsində İŞİD-in məsuliyyəti üzərinə götürməsinin onun xeyrinə olmayacağını söyləyib: "Hamı bunun İŞİD-in etdiyini bilir. Amma açıq danışmayaraq həm mesajlarını verirlər, həm də istədiklərini əldə edirlər. Türkiyədə türk və kürd toplumlarını bir-birinə qarşı qoyurlar və bunda da uğur qazanırlar".
Lakin Ankara hücumunu başqa təşkilatın etdiyinə inananlar da var. Bunlardan biri, Suriya müharibəsini izləyən Hediye Leventdir. Levent BBC türkcəyə deyib ki, ərəbcə sosial media hesablarında "Ankaradakı partlayış zamanı PKK-lılar və ateistlər öldü" deyə paylaşımlar edilir. Levent deyib ki, Türkiyə və Suriyada İŞİD-lə əlaqəli olmayan təşkilatlar da var ki, hücumu onlar da törədə bilər.
Yeri gəlmişkən, Türkiyədə İŞİD silahlı qruplaşması ilə bağlılıqda şübhəli bilinən 50 nəfər saxlanıb. Yerli medianın məlumatına görə, İstanbulda 17 yerdə polis reyd keçirib.
Anadolu agentliyi oktyabrın 18-də saxlananların hamısının xarici vətəndaşlar olduğunu, Suriya və İraqda münaqişə zonalarına getməyi planlaşdırdığını bildirir. Həmin şəxslərin milliyyəti barədə informasiya verilməsə də, Türkiyəyə bu yaxınlarda gəldikləri, nəzarət altında olduqları qeyd edilir.
Ötən həftə Ankarada sülh yürüşünə iki intiharçı hücumunda 102 nəfər həlak olub. Təsdiqlənməmiş məlumatlar hücumları İŞİD-in Türkiyə şəbəkəsinin həyata keçirdiyini iddia edir.