ABŞ-ın ən çox nifrət olunan adamı Dünya

ABŞ-ın ən çox nifrət olunan adamı

Birləşmiş Ştatların qanunvericiliytinə görə onun bir dərmanın qiymətini 5500% artırmaqla əldə etdiyi vəsait 100% qanuni sayılır

Son vaxtlar dərman ləvazimatlarının qiymətində nəzərə çarpan ən yüksək artımla bağlı bir məsələ dünya mətbuatının diqqət mərkəzindədir. Bu tarixi rekorda imza atan Martin Şkrelini isə "Amerikanın ən çox nifrət olunan adamı" adlandırırlar.
Martin Şkreli ABŞ-da fəaliyyət göstərən dərman şirkətinin baş direktorudur.
Bir neçə müddət öncə Şkreli "Daraprim" dərmanının ekzkluziv lisenziyasını əldə edib. "Daraprim" daha şox hamilə qadınların, yeni doğulan uşağların və QİÇS xəstələrinin yoluxa biləcəyi nadir infeksiyadan müalicə üçün nəzərdə tutulan dərmandır.
Bir neçə il öncə bu dərman 1 dollara satılırdı. Şkreli ekskluziv lisenziyanı əldə etdiyi ərəfədə isə "Daraprim"in qiyməti 13,5 dollara yüksəlmişdi.
Martin Şkreli "Daraprim"in eksklüziv satış hüququnu əldə etdikdən dərhal sonra dərmanın qiymətini 750 dollara qədər artırdı. Adi bir dərmanın qiymətinin birdən-birə 5500% artırılması beynəlxalq tibb qurumlarını hərəkətə gətirdi. Tibb assosiasiyaları Şkrelinin acgözlüyünə qarşı etiraz bəyanatı ilə çıxış etdilər. Hətta Hillari Klinton, Donald Trump kimi siyasətçilər Marin Şkrelinin bu hərəkətini kəskin tənqidə məruz qoydular. O, bu etirazların qarşıısında öncə geriyə çəkilib qiyməti aşağı salacağını vəd etsə də, daha sonra öz vədindən imtina etdi.
Hətta ona ünvanlanan "eyni hərəkəti yenidən təkrarlayardınızmı" sualının qarşılığında "Mən qiyməti daha çox artırardım" cavabını verməkdən çəkinmədi.
ABŞ mətbuatının yazdığına görə, Martin Şkreli nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş dərmanların eksklüziv lisenziya hüququnu alaraq, onların qiymətini 50-100 dollardan 60 000, 100 000 dollara qədər artırmaq niyyətindədir.
Tamahkarlıqla bağlı bu tarixi hadisə bəlkə də xoşbəxt sonluqla nəticələnə bilərdi, əgər Şkreli bir neçə milyon dollarlıq maliyyə fırıdağında ittiham edilərək həbsə atılmasaydı.
Martin Şkreli daha öncə çalışdığı bir şirkətdə yol verdiyi maliyyə fırıldağına görə həbs olunsa da, təəssüf ki, onun bir dərmanın qiymətini 5500% artırmaqla əldə etdiyi vəsait ABŞ qanunvericiliyinə görə 100% qanuni sayılacaq...

BayMedia