“O vaxt Gülən bütün həyatını mənə danışıb” Dünya

“O vaxt Gülən bütün həyatını mənə danışıb”

"Yeni Akit" qəzetinin yazarı Lətif Ərdoğan Gülən camaatı ilə bağlı mühüm açıqlamalar verib.
CNN Türk telekanalının qonağı olan jurnalist camaatın 1976-cı ilə orduya sızdığın, 80-ci illərdə isə təşkilatlandığını deyib:
"Gülən 1990-cı ildə mənə həyatını danışan yeganə insandır. Əlimdə xeyli sənəd və sübut var. Ətrafındakılarla bağlı keçirdiyimiz görüşlər var. Camaatın Türkiyə Silahlı Qüvvələrinə sızması 1976-cı ildən başlayıb. 80-ci illərdə isə təşkilatlandılar. Təşkilatın vahid nöqtədən idarə edilməsi isə 1986-cı ildən başlayıb.
3-4 ay əvvəl ordunun 90 faizinin gülənçi olduğunu demişdim. İndi ekranda gördüyümüz o generalları, Akın Öztürk istisna olmaqla hamısını tanıyıram. Tələbəlik illərindən Gülənin yanına gedib-gəliblər. Məsələn, Hulusi Akara (Türkiyə ordusunun Baş Qərargah rəisi – red) səni Fətullah Gülənlə görüşdürüm, deyən general Hakan Evrim Gülənin tələbəsi olub. Fikrimcə, Akın Öztürkün həmin dövrdə Gülənlə əlaqəsi olmayıb. Olsaydı, tanıyardım".