7 min kəşfiyyatçıdan 6.5 mini FETÖ-çü olub Dünya

7 min kəşfiyyatçıdan 6.5 mini FETÖ-çü olub

Dünən Türkiyə daxili işlər naziri Əfkan Alanın sürpriz şəkildə istefaya göndərilməsi Ankara kulislərində ən çox müzakirə olunan məsələ olub.
3 ildir bu vəzifədə çalışan Alanın istefası ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bunların arasında ən çox müzakirə olunan isə prezident Ərdoğanın keçmiş nazirin FETÖ ilə mübarizəsinin sürətindən və koordinasiyasız aparılmasından narazı qalması olub.
Burada önəmli rol oynayan əsas faktlardan biri isə Əfkan Alanın ötən həftə paylaşdığı rəsmi rəqəmlər olub. Həmin faktlarda qeyd edilirdi ki, 17-25 dekabrda 81 əyalətin polis rəisinin 74-ü, bölmə rəislərinin hamısı, 7 min kəşfiyyatçıdan isə 6500-ü FETÖ üzvü olub.
AKP kulislərində müzakirə edilən digər məsələ isə Əfkan Ala ilə 15 iyul çevriliş gecəsi uzun müddət əlaqə saxlamağın mümkün olmamasıdır. Ala daha sonra verdiyi açıqlamada o zaman Ərzurumdan təyyarə ilə Ankaraya uçmağa çalışdığını demişdi. Lakin onun 15 iyul gecəsi göstərdiyi mənfi performansın da istefaya göndərilməsində mühüm rol oynadığı vurğulanır.