Mosul uğrunda döyüşlər şiddətlənib Dünya

Mosul uğrunda döyüşlər şiddətlənib

Mosul əməliyyatı dünya müharibəsi ilə müqayisə edilir

Mosulun xilası üçün əməliyyatlar davam edir. 12 kənd və Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhəri İŞİD-dən azad olunub. Ekspertlər isə Mosul əməliyyatını dünya müharibəsi ilə müqayisə edirlər. İraq xüsusi təyinatlıları, peşmərgə gücləri və ABŞ-ın rəhbərliyi altında 35 ölkənin qatıldığı əməliyyatda 30 min əsgər iştirak edir. Mosuldakı cəmi 4-5 min arası İŞİD üzvünün məhv edilməsi üçün Avropanın ən böyük təyyarə gəmisi olan "Charles de Gaulle" Cənubi Kipr sahillərinə gələrək lövbər atıb.
Bununla yanaşı, Mosulun 40 kilometr şərqindəki Hazır cəbhəsində yerləşən Zerdek Dağında çoxsaylı amerikalı əsgərlər var. ABŞ əsgərləri Mosula doğru hücuma keçib. Mosul ətrafını ağır toplarla atəşə tutublar. Həmçinin, pilotsuz təyyarələr də Mosulun üzərində uçuşurlar. 4-5 min terrorçuya qarşı bu qədər gücün sərf edilməsi diqqət çəkir. Ekspertlər hesab edirlər ki, əslində bu, böyük güclərin gələcəkdə bölgədə başlayacaq mübarizəsinin ilk mərhələsidir.
İŞİD bir gün ərzində iki terror aktı törədib. Nəticədə 70-dən çox iraqlı əsgər ölüb, onlarla insan yaralanıb. Terror təşkilatı nefti xəndəklərə dolduraraq yandırıblar. Məqsəd havadan nəzarətin qarşısını almaqdır. Həmçinin, İŞİD-in küçə döyüşlərinə hazırlaşdığı da bildirilir. Məlumatlara görə, hazırda Suriya və İraqda İŞİD-lə mübarizədə 64 ölkə iştirak edir. Pentaqon sözçüsü Peter Cook xəbərdarlıq edib ki, görünüşə görə İŞİD əsgərləri "müqavimət göstərib döyüşmək" istəyir və buna görə Mosulu almaq "zaman ala bilər".
İslam Dövləti adlandırılan döyüşçülər İraqın ikinci, ən böyük şəhəri sayılan Mosulu 2014-cü ilin iyun ayında ələ keçirib. Ekstremistlərin lideri olan Abu Bakr al-Bagdadi xilafətin təməlinin qoyulmasını elan etmək üçün Mosul şəhərini seçib və buna görə də şəhərin geri alınması "simvolik" məna daşıyır,- cənab Cook deyib. Vaşinqtonda cənab Cook jurnalistlərə deyib: "Biz nə olsa da əminik iraqlılar bu işi görmək üçün kifayət qədər imkanlara malikdir və koalisiyanın digər tərkibi ilə birlikdə biz onlara dəstək olmağa hazırıq."
Koalisiyaya daxil olan 30 min iraqlı, Kürd Peshmerga və sünni təriqətli döyüşçülər bir aylıq planlaşdırmadan sonra bazar ertəsi hücuma başlayıb. Ehtimallara görə Mosulda 4000-8000 arası İŞİD döyüşçüsü qalıb. Kürdlər əməliyyatın saatlarında bir neçə kəndi ələ keçirib və bazar ertəsi gecəsi elan edib ki, 24 saat ərzində 9 kəndi ələ keçirməklə bütün əsas hədəflərinə çatıblar.
Döyüşlər şəhərə daha çox yaxınlaşdıqca orda yaşayan dinc sakinlərin vəziyyəti "böyük narahatlıq" doğurmağa başlayıb, Britaniya Beynəlxalq İnkişaf təşkilatının katibi Priti Patel deyib. "Mosulun alınması İraqdakı İD döyüşçülərinin geri çəkilməsində vacib bir addım olacaq və onların dinc sakinlər üzərindəki zülmünə son qoyacaq", - o deyib. "Buna baxmayaraq bir milyondan çox insan hələ də bu şəhərdə yaşayır və aydındır ki, onların müdafiəsi və yaxşı vəziyyətdə olmasını təmin etmək böyük narahatlıqdır."
İraq hökuməti Mosula hücum zamanı sakinlərin nə etməli olması haqqında onlara minlərlə məlumat bukletlərini paylayıb. "Mən bildiyim qədəriylə Mosul sakinlərinin öz təhlükəsizliklərini təmin etmələri üçün hücum zamanı nə etməli olmasını göstərən 7 milyon məlumat bukleti növbəti 48 saat ərzində onlara paylanıb", - cənab Cook deyib. Daha bir məlumata görə, İŞİD terror təşkilatı İstanbul, Qaziantep, Ankara, Antalya və İzmirdə təyyarə qaçırmağa və terror akIarı həyata keçirməyə hazırlaşır. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Milli Kəşfiyyat Təşkilatının (MİT) 81 vilayətin təhlükəsizlik güclərinə göndərdiyi xəbərdarlıq məktubunda deyilir.
"Təcili" kodlu və 12 oktyabr tarixli xəbərdarlıq məktubunda İstanbul, Qaziantep, Ankara, Antalya və İzmir vilayətlərində terror təhlükəsinin daha çox olduğu vurğulanıb. Məlumata görə, 2016-cı ilin dekabr ayında açılması planlaşdırılan Avrasiya tuneli də İŞİD-in hədəfləri arasındadır.
Qeyd edilir ki, İŞİD terror aktlarını Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında təşkil etdiyi "Fərat Qalxanı" əməliyyatına cavab olaraq planlaşdırır. Terror təşkilatı bu əməliyatın gedişatında nəzarət etdiyi bir sıra əraziləri itirib. MİT təhlükəsizlik güclərindən daha diqqətli olmağı xahiş edib. İŞİD-ə qarşı aparılan əməliyyatlarla bağlı son məlumatların birində deyilir ki, İraqın Mosul şəhəri yaxınlığında iki yaşayış məntəqəsi terrorçulardan tamamilə təmizlənib.
Mosulun cənubunda yerləşən kəndlər İraq ordusunun nəzarətinə keçib. Şimali İraqdakı kürd silahlı birləşmələri Mosul əməliyyatı çərçivəsində 10 kilometr irəliləyiblər. Beləliklə, 200 kvadrat kilometrə yaxın ərazi nəzarətə götürülüb.
Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ordunun Hamdaniyə şəhərinə doğru irəlilədiyini açıqlayıb. Tezliklə Mosul və Güvəri birləşdirən magistral yolun nəzarətə götürülməsi planlaşdırılır.
İraq mətbuatı İŞİD üzvlərinın ölkəni tərk edib kütləvi şəkildə Suriyaya axın etdiyini yazıb. Son məlumatlara görə, onlar Rakka şəhərinə toplaşırlar.
O da söylənilir ki, İraq ordusunu və könüllü birliklər İŞİD-in əlində olan ərazilərdən qaçan mülki əhaliyə qarşı hərbi cinayətlər törədir. Bu barədə "Amnesty International" beynəlxalq hüquq müdafiə təşkilatı məlumat yayıb. Təşkilat bildirir ki, İraq ordusu və könüllülər məhkəmə qərarı olmadan inşaları oğurlayır, güllələyir, işgəncə verir. Təşkilatın bəyanatında deyilir ki, İraq hakimiyyətini dəstəkləyən dövlətlər də "cəzasız qalan cinayətlər"ə görə məsuliyyə daşıyır.
Ağ Ev nümayəndələri bildirib ki, Mosul əməliyyatına görə bütün məsuliyyət İraq hökumətinin üstünə düşür, Vaşinqton yalnız məsləhətçi və dəstəkçi rolunu oynayır.