İranda Türkiyə əleyhinə aksiya keçiriblər Dünya

İranda Türkiyə əleyhinə aksiya keçiriblər

İranda Türkiyə əleyhinə etiraz aksiyaları keçirilib. APA-nın "Öyrənci səsi"nə istinadən verdiyi məlumata görə, aprelin 24-də İran vətəndaşı olan ermənilər qondarma "soyqırım"ı anmaq üçün Türkiyənin Tehrandakı səfirliyinin binasının qarşısına toplaşıb.
Aksiya İranın dövlət himni ilə başlayıb, iştirakçılar əllərində İran bayraqları, ölkənin ali dini lideri ayətullah Seyid Əli Xamneyinin şəkilləri və müxtəlif şüarlar yazılmış plakatlar tutublar. Onlar "Faşist Türkiyə dövlətinə ölüm!" şüarı səsləndirərək İran parlamentindən saxta "soyqırım"ı rəsmi şəkildə tanıması istəyiblər. Eyni zamanda Türkiyə hökumətinin Suriyanın daxili işlərinə müdaxilə etməsi də pislənilib. Aksiya qətnamənin oxunması ilə başa çatıb. Piketdə hicabsız qadınlar da iştirak edib.