Obama: “Putini kifayət qədər “qiymətləndirməmişəm“ Dünya

Obama: “Putini kifayət qədər “qiymətləndirməmişəm“

ABŞ prezidenti Barak Obama Rusiyanın dezinformasiya kampaniyası və demokratiyaya yönəlmiş haker hücumlarının təsirini kifayət qədər "qiymətləndirmədiyini" deyib. Amerika lideri bu açıqlamaları ABŞ-ın kəşfiyyat orqanlarının Rusiyanın Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə etdiyi ilə bağlı nəticə çıxarmasından sonra verib. Lakin Obama ABC telekanalına müsahibəsində deyib ki, o, Rusiya prezidenti Vladimir Putinə kifayət qiymət vermədiyini düşünmür. ABŞ kəşfiyyatı Putinin Amerikada demokratik seçki sisteminə müdaxilə və prezident seçilmiş Donald Trampa məğlub olan demokrat namizəd Hillari Klintonu ləkələmək səylərinə göstəriş verdiyi haqda nəticə çıxarıb.
12 gündən sonra hakimiyyətdən gedəcək Obama müsahibədə deyib: "Mənim fikrimcə, mən bu yeni informasiya dövründə dezinformasiya, kompyuter hücumları və başqa əməllərin bizim açıq cəmiyyətlərimizə, sistemlərimizə, bizim demokratik proseslərimizə müdaxiləsinin nə dərəcədə təsir göstərə biləcəyini kifayət qədər qiymətləndirməmişəm."
ABŞ prezidentinin sözlərinə görə, o, kəşfiyyatın Rusiyanın haker hücumları haqda hesabatının ixtisar edilmiş variantının açıqlanması haqda ona görə göstəriş verib ki, "biz Putinin bunu Avropada arıtq bir müddətdir - əvvəlcə rus dilində danışan əhalinin sayının çox olduğu keçmiş satellit dövlətlərdə, sonra isə Qərbin daha böyük demokratik dövlətlərində etdiyini başa düşək".
ABŞ kəşfiyyat orqanları Rusiyanın Klintonun kampaniyasının rəhbəri Con Podestanın elektron poçtuna haker hücumu edərək, minlərlə email yazışmalarını WikiLeaks saytı vasitəsilə noyabrın 8-i seçkilərinə bir neçə həftə qalmış açıqladığı haqda nəticə çıxarıb. Emaillərin çoxu Klintonun mənsub olduğu partiyadan prezidentliyə namizəd olmuş Vermont senatoru Berni Sanders üzərində qələbə çalmasına kömək etmək üçün partiya funksiyonerlərinin səylərinə dair həssas detalları əhatə edir. Kəşfiyyatın hesabatında yazışmaların sızmasının seçkinin nəticələrinə təsir göstərməsinə dair nəticə çıxarılmayıb. Tramp kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşdən sonra Tvitter səhifəsində yazdığı mesajlarda bu məqama diqqət yetirib. "Kəşfiyyat qəti şəkildə bəyan edib ki, hakerliyin seçkinin nəticələrinə təsiri olduğuna dair heç bir dəlil yoxdur. Səsvermə maşınlarına toxunulmayıb"- deyə Tramp Tvitterdə bildirib.
Prezident Obama Moskva ilə çox yaxın əlaqələrlə bağlı xəbərdarlıq edib. "Məni ən çox narahat edən şeylərdən biri odur ki, son zamanlar respublikaçılar, ekspertlər, ya da şərhçilər arasında Vladimir Putinə demokrat olduqları üçün amerikalılardan daha az etibar etdikləri deyilən bir çox şərhlər görürük. Belə ola bilməz"- deyə Obama bildirib.
ABŞ prezidenti əlavə edib: "Biz bir-birimizə xatırlatmalıyıq ki, biz hamımız bir komandadayıq. Vladimir Putin bizim komandamızda deyil. Əgər biz bu ölkədə insanların əleyhdar olan və Birləşmiş Ştatları və bizim həyat tərzimizi özünə hədə sayan bir liderlə daha çox yaxınlıq hiss etdiyi bir məqama gəlib çatsaq, o zaman biz kiber hücumdan daha böyük problemlərlə qarşılaşacağıq."
Obama prezident seçkilərindən sonra Trampla Ağ Evdə görüşüb. "Mən bir şeyi çatdırmaq istəmişəm ki, idarəçilik və kampaniya aparmaq arasında fərq var. Ona görə də and içdikdən sonra bu ofisə daxil olan vaxt o, Yer kürəsində ən böyük bir quruma rəhbərlik etdiyinə çox yüksək qiymət verməlidir"-deyə prezident Obama bildirib.