KXDR yenə ABŞ-ı hədələdi! Dünya

KXDR yenə ABŞ-ı hədələdi!

Tramp milyonlarla adamın ölə biləcəyi barədə xəbərdarlıq edib
Xarici KİV-in verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatlarını (ABŞ) yenidən hədələyib. Pxenyanın yeni bəyanatı Yapon dənizində keçirilən hərbi-dəniz təlimləri ilə bağlıdır. "ABŞ-ın "Miçiqan" sualtı qayığı yerindən tərpənməyə cəhd göstərəcəyi anda, suyun üzünə çıxa biləcəyi mümkün olmayan sualtı kabusa çevrilmək taleyi ilə qarşılaşacaq" – deyə, bu yaxınlarda Cənubi Koreyanın Pusan limanına daxil olmuş ABŞ atom sualtı qayığı barədə Şimali Koreyanın dövlət kütləvi informasiya vasitələri (KİV) yazırlar.
Xəbər verildiyi kimi, ABŞ hərbi-dəniz qüvvələrinin zərbə qrupu "Karl Vinson" aviadaşıyıcı gəmisi ilə birlikdə Yapon dənizinə daxil olub. Dünya mətbuatı tez-tez "Karl Vinson"un bu yerdəyişməsini KXDR-a zərbə endirmək imkanı ilə bağlayır. Amma zərbəni "Miçiqan" sualtı qayığı da endirə bilər – onun göyərtəsində 150 vahid "Tomaqavk" qanadlı raketi var.
Bundan başqşa, ABŞ-ın Quam adasındakı aviabazası da lap yaxınlıqdadır – zamanında, buradan bombardmançılar hətta İraqa qədər uçuşlar ediblər. Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, KXDR ballistik raketlərin sınaqlarını davam etdirir. Son sınaq, Kim Çen In hakimiyyətə gələndən sonrakı dövrdə sayca 75-cidir. Artıq növbəti həftə ABŞ və Yaponiyanın keçirdiyi təlimlərə Böyük Britaniyanın və Fransanın gəmiləri, o cümlədən, desant vertoloyotdaşıyan "Mistral" da qoşulacaq.
ABŞ prezidenti Donald Tramp isə CBS televiziyasına müsahibəsində deyib ki, Şimali Koreya nüvə proqramına son qoymayacağı halda bu ölkəyə hərbi müdaxilə edilə bilər. Tramp qeyd edib ki, Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsi ABŞ-ı "çox da xoşbəxt" etməyəcək. Dövlət başçısı başlayacaq bir müharibə milyonlarla adamın ölə biləcəyi barədə xəbərdarlıq edib. Çinlə ticarət sahəsində əməkdaşlığa yüksək əhəmiyyət verdiyini deyən Tramp Koreya böhranın həllində Pekinin rolunu xüsusi vurğulayb. "Şimali Koreya bəlkə də, ticarətdən daha əhəmiyyətli bir mövzudur. Bəli, ticarət əhəmiyyətlidir. Amma böyük bir müharibədə bəlkə də milyonlarla insan ölə bilər. Bu, ticarəti kölgədə qoya bilər", - ABŞ prezidenti vurğulayıb.
Şimali Koreyanın hərəkətlərini "bir şahmat yarışı" adlandıran prezident ümid etdiyini bildirib ki, Çin Pxenyanı nüvə silahına sahib olmaq arzusundan imtina etməyə razı salacaq. Yeri gəlmişkən, Yaponiya ABŞ təchizatçısını qorumağa hərbi gəmisini göndərəcək. Yaponiya ən böyük hərbi gəmisi, İzumo vertolyot daşıyıcısı regionda olan ABŞ hərbi dəniz donanmasına yanacaq doldurmaq üçün gedən təchizat gəmisini müşayiət edəcək. Gəmilər Koreya yarımadasına yollanan Carl Vinson qrupuna daxildir. Şimali Koreya regionda gərginliyin artırılması fonunda qabaqlayıcı zərbə endirəcəyi ilə hədələyib.
Bazar günü o, ABŞ və digərlərinin dəfələrlə nüvə və raket fəaliyyətini dayandırmaq barədə xəbərdarlıqlarına baxmayaraq, uğursuz raket sınağı həyata keçirib. 249 metr uzunluğundan olan İzumo doqquz vertolyot daşıya bilir və ABŞ-ın sualtı desant gəmilərini xatırladır, The Japan Times bildirib. Kyodo xəbər agentliyi bildirib ki, o, Tokionun cənubunda Yokosuka bazasından çıxaraq ABŞ təchizat gəmisini qarşılayacaq və sonra ölkənin qərbinə doğru gedəcəklər. İzumo, 2015-ci ildə qəbul edilmiş hücum altında olan müttəfiqinə yardım etməyə dair mübahisəli qanuna əsasən hərəkət edən ilk gəmidir. Tənqidçilər bu qanunun II Dünya Müharibəsindən sonra qəbul olunmuş konstitusiyanı pozduğunu və kənarda lazımsız müharibə yarada biləcəyini deyirlər.