Zəncanda azərbaycanlı sürücülər etiraza qalxdı Dünya

Zəncanda azərbaycanlı sürücülər etiraza qalxdı

Zəncanda bir qrup avtobus və mikroavtobus sürücüsü Valilik binasının qarşısında etiraz aksiyası keçirib.
Sürücülər Neft Şirkətinin avtobuslara yanacaq verməsində tətbiq edilən dəyişikliyə etiraz edərək bunun qəbuledilməz olduğunu vurğulayıblar.
Bu barədə etirazçılardan biri "Fars" xəbər agentliyinə açıqlamasında deyib:
"Buraya toplaşmağımızın iki əsas səbəbi var. Biri Neft Şirkətinin avtobuslara verdiyi yanacaqla bağlı yeni qaydalar tətbiq etməsi, digəri avtobusların Taksi Servis Şirkətinin nəzarəti altına verilməsidir. Neft Şirkəti Təbriz, Urmiya və Tehranda əvvəlki qaydada işləyir, lakin Zəncanda yeni qayda tətbiq olunur. Artıq Zəncanda bir neçə nəfərin yanacaq kartı da ləğv edilib.
Neft Şirkəti qət olunan məsafəyə uyğun olaraq yanacaq vermək istəyir, lakin biz deyirik ki, yanacaq kartımız var və nə qədər yanacaq sərf etdiyimiz də bəllidir. Biz artıq yanacaq almırıq, əgər kimsə yanacaq qaçaqmalçılığı ilə məşğul olursa, ona qarşı tədbir görülsün".