Ermənistanın AİB-a 80 milyon kredit borcu var Dünya

Ermənistanın AİB-a 80 milyon kredit borcu var

Ermənistan Maliyyə Nazirliyi ötən il enerji təhlükəsizliyi və xarici ölkələrdən elektrik enerjisinin asılılığın azaldılması məqsədi ilə Asiya İnkişaf Bankından (AİB) 20 milyon kredit götürmək istəyib. AİB isə İrəvanın təklifini geri çevirib.
1in.am-ın verdiyi xəbərə görə, Asiya İnkişaf Bankı işğalçı ölkənin iki il əvvəl götürdüyü 3 illik kreditin bağlanmadığını əsas gətirərək Maliyyə Nazirliyinə rədd cavabı verib. Bildirilib ki, Ermənistan AİB-ə olan 80 milyon dollarlıq kredit borcunu ödədikdən sonra bankdan güzəştli kredit əldə edə bilər. Bu qərardan sonra Ermənistan Müdafiə Nazirliyi Rusiyanın BTB Bankına müraciət ünvanlayıb. Bir ay əvvəl göndərilən güzəştli kredit sorğusunu ruslar da hələlik cavablamağa tələsmir. Mənbə iddia edir ki, hazırda rus bankları Ermənistanın istədiyi güzəştli kredit məbləğini İrəvana ötürməyə gücləri çatmır. Avropa İnkişaf Bankı isə sadəcə qısamüddətli sosial layihələrə maliyyə yardımı ayıra bilər.