Tramp Avropa səfərindən sonra ölkədə bir çox çətinliklərlə üzləşir Dünya

Tramp Avropa səfərindən sonra ölkədə bir çox çətinliklərlə üzləşir

Prezident Donald Tramp Avropa səfərindən geri dönüb. Səfər zamanı diqqət mərkəzində xarici siyasət, xüsusilə də ABŞ-ın Rusiya ilə münasibətləri yer alıb. İndi isə Tramp Vaşinqtonda d axili gündəmlə qarşı-qarşıyadır. Buna isə Senatda heç bir irəliləyiş əldə etməyən səhiyyə planı islahatı prosesi daxildir. Prezident Donald Tramp Avropa səfəri zamanı bir çox etirazlarla qarşılanıb. Orada o, həm də Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Eyni zamanda isə ABŞ-da diqqət mərkəzində tibbi sığorta planı yer alıb. Bir neçə ştatda nümayişçilər Senatda respublikaçıların Obamacare planını ləğv etmək səylərinə qarşı etiraz ediblər. Hətta iyulun 4-də keçirilən müstəqillik günündə belə Trampa qarşı etiraz aksiyaları keçirilib. Bu isə ölkə əhalisinin onun prezidentliyi ilə bağlı ciddi fikir ayrılıqlarına sahib olduğunu göstərir. Avropaya getmədən öncə, Tramp hakimiyyətdəki ilk altı ayını optimist bir şəkildə qiymətləndirmişdi.
"İqitsadiyyat inkişaf edir və biz hər bir sahədə irəliləyiş əldə edirik. Bizim çətinliklərimiz var, amma, inanın, onların da öhdəsindən gələcəyik",- o deyib. Trampın KİV-lərə qarşı mübarizəsində yavaşlama müşahidə olunmur. O, hətta bu yaxınlarda Tvitterdə CNN-ni lağa qoyan video da paylaşıb. Lakin bəzi respublikaçılar bunu diqqətin yayındırlaması kimi qiyətləndirir. Onlardan biri Ohayonun respublikaçı qubernatoru Con Keysikdir.
"Ümid edirəm o, işinə hakim olacaq və "birləşdirici" olmalı olduğunu dərk edəcək",- deyə Keysik bildirir. Respublikaçılar 20 milyon amerikalının tibbi sığortalarını itirmələrinə səbəb olacaq səhiyyə planı üzərində fikir ayrılıqları yaşayırlar. Bunu təhlilçi Mətyu Fidler söyləyir. "Hətta onlar ideoloji baxımdan belə Obamacare-ə qarşıdırlarsa, bu dəqiqədən onun ləğv ediləcəyinə görə narahatdırlar",- o deyib.
Bir çox sorğunun nəticələrinə əsasən, Trampın reytinqi təxminən 40 faizdir, amma təhlilçi Con Fortier deyir ki, əsas tərəfdarları onu dəstəklməyə davam edir. "Məncə ilk altı ay prezidenti bu məsələlərə görə qiymətləndirmək düzgün deyil. Qanun qəbul etmək uzun zaman alır. Yəni hazırda o çox yaxşı işlər görmüş olmasa da, hələ yolun başındadır",- deyə o bildirib. Senat səhiyyə planı ilə bağlı müzakirələri bu həftə davam etdirəcək.