Kırımoğlunun evində axtarış aparılıb Dünya

Kırımoğlunun evində axtarış aparılıb

Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmil Kırımoğlunun Krımdakı evində axtarış aparılıb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Krım-tatar Xalq Məclisinin mətbuat katibi Əli Xamzin deyib.
Onun sözlərinə görə, Mustafa Cəmil Kırımoğlunun evində axtarış onun iştirakı olmadan aparılıb: "Bu gün 14 nəfər kütləvi şəkildə Krım tatarlarının, o cümlədən mənim də evimdə terrorçuluq fəaliyyəti şübhəsi ilə axtarış aparılıb".
Xamzin əlavə edib ki, güc strukturları artıq 150 Krım tatarını sorğu-sula etməyə də çağırıb.