Türkiyə və Rusiya arasında kredit sazişi imzalanıb Dünya

Türkiyə və Rusiya arasında kredit sazişi imzalanıb

Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb.
Bu barədə TRT məlumat yayıb.
Qeyd edək ki, Rusiyaın "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov Türkiyəyə 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi satacaqlarını bildirib. O deyib ki, vəsaitin 55%-nin ödənişi üçün Rusiya tərəfindən Türkiyəyə kredit veriləcək. Türkiyənin müdafiə naziri Nurəddin Canikli də bir gün əvvəl bütün məsələlər üzrə razılıq əldə olunduğunu açıqlayıb.
Zenit-raket komplekslərinin 2020-ci ilin martından etibarən Türkiyəyə göndərilməsinə başlanacaq.