Bərzanidən şok “Zeytun budağı” qərarı: PKK-ya qadağa Dünya

Bərzanidən şok “Zeytun budağı” qərarı: PKK-ya qadağa

İraq Kürd Muxtariyyəti PKK-çıların Türkiyənin "Zeytun budağı" əməliyyatına qarşı Şimali İraqda keçirmək istədikləri nümayişlərə qadağa qoyub. Türk əsgərlərinin ardıcıl zərbələrindən sarsılan terror təşkilatları Bərzani hakimiyyətinə bağlı olan Duhok şəhərində aksiya keçirmək istəyib, lakin yerli polis bu cəhdin qarşısını alıb. Polis Afrinlə bağlı nümayişlərə qəti şəkildə icazə verməyəcəklərini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya mətbuatına danışan İraq Kürd Muxtariyyəti lideri Məsud Bərzani Türkiyədən Afrində keçirilən "Zeytun budağı" əməliyyatını dayandırmasını tələb etmişdi. Bundan başqa, Kürd Muxtariyyətinin parlamenti Şimali İraqla PKK terror qruplaşmasının Suriyada nəzarət etdiyi bölgə arasında yerləşən sərhəd buraxılış məntəqələrinin açıq saxlanılmasına qərar vermişdi.