“Ermənistan uçuruma gedir” Dünya

“Ermənistan uçuruma gedir”

Rusiyalı politoloq: "Paşinyanın xarici siyasətdə balans haqqında söylədikləri, sadəcə, populizmdir"

Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanda vəziyyət daha da pisləşəcək. Bunu Report-a rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr də pisləşəcək: "O, açıq-aydın Qərb lobbisinin havadarıdır. Tezliklə Gümrüdəki Rusiya bazasının ölkədən çıxarılması tələblərini eşidəcəyik. Onun xarici siyasətdə balans haqqında söylədikləri, sadəcə, populizmdir. Ermənistan Rusiya üçün düşmən dairələrlə yaxınlaşmaqla uçuruma gedir".
Ermənistanın yeni seçilmiş baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyindən danışan Yevgeni Mixaylov Nikol Paşinyanın anlaşılmaz məqsədlər güdəcəyini əlavə edib: "Ermənistan Paşinyanın rəhbərliyi ilə Qarabağdakı vəziyyəti gərginləşdirərsə, bu, Azərbaycanın xeyrinə olacaq. Çünki Rusiya artıq Ermənistanı fəal müdafiə etməyəcək və Azərbaycan da torpaqlarını geri qaytara biləcək".