Fələstinlilər ABŞ-a qarşı kütləvi etiraza qalxdı Dünya

Fələstinlilər ABŞ-a qarşı kütləvi etiraza qalxdı

Ölən və yaralılar

ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürməsinə qarşı Qəzza zonasının inzibati sərhəd bölgəsində fələstinlilər kütləvi etiraz aksiyası və "Qayıdış marşı" yürüşü keçirirlər.
Xarici KİV-lər xəbər verir ki, hazırda Qəzzanın İsraillə sərhəddində 10 mindən çox etirazçı toplaşıb. Onlardan bəziləri sərhəd hasarını keçməyə cəhd ediblər. İsrail ordusunun müdaxiləsi nəticəsində 21 yaşlı fələstinli ölüb, 28 nəfər isə yaralanıb.
Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi zamanı fələstinlilərin sərhəd bölgəsinə gəlməsini önləmək üçün İsrail ordusu Qəzza zonasına əlavə 2 briqada, İordan çayının qərb sahilinə isə 1 piyada briqadası göndərib.
Xatırladaq ki, martın sonundan indiyədək Qəzza zonasında israillilərlə fələstinlilər arasındakı toqquşmada 50-dən çox fələstinli ölüb. Odlu silahdan istifadə etdiyini etiraf edən İsrail beynəlxalq birliyin ittihamlarını rədd edərək, bunu özünümüdafiə kimi təqdim edir.