NATO təlimləri Kremlin Tiflisə qarşı təzyiqinə yol açacaq Dünya

NATO təlimləri Kremlin Tiflisə qarşı təzyiqinə yol açacaq

NATO avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində keçiriləcək "Layiqli Tərəfdaş 2018" (Noble Partner 2018) çoxmillətli təlimi keçirir. Təliminin məqsədi NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir. Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın cənub sərhəddində NATO-nun hərbi təlimləri, xüsusi ilə Gürcüstanda bunun keçirilməsi, Kremlin Tiflisə qarşı təzyiqinə yol açacaq. Amma, bu siyasi təzyiqlərin effekt verəcəyini düşünmürəm. Ermənistan ötən il NATO-nun bu hərbi təlimlərinə qatılmaqdan son anda imtina etdi: "Təbii ki, Rusiyanın güclü təzyiqləri fonunda Yerevan öz hərbi kontingentini geri çağırmışdı. İndi isə, Ermənistanda post-Sarkisyan dönəmidi, hakmiyyətdə qərbpərəst Nikol Paşinyanın komandası anti-Rusiya siyasəti aparır. Sözdə Rusiya ilə dostluq əlaqlərinə ehyam vursada, apardığı əməli siyasətdə ölkəsində Rusiyanın fəaliyyətinin qarşısının alınması üçün çalışır. Ermənistan, artıq Gürcüstandakı NATO təlimlərinə qoşulub və bu təlimlərlə paralel Rusiyaya demarş edərək, NATO-ya alternativ yaradılan KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açıb. Göründüyü kimi, Paşinyannın apardığı kursa fikir verdikdə, NATO və KTMT arasında seçim qaldıqda, seçimi NATO oldu. Üstəlik, KTMT baş katibini qandalladı. Qeyd edim ki, Gürcüstanda NATO təlimləri regionun bu Alyansa ineqrasiyasına hesablanıb və bu ölkə ərazisində yerləşən NATO qərargahı region ölklərində siyasi-hərbi vəziyyəti təhlil edir, Rusiyaya qarşı ideloji iş aparır və regionda hakmiyyətlərin devrilməsi üçün inqilab planları aparır. Cənubi Qafazda ABŞ səfirlikləri, bir başa Gürcüstandakı NATO qərargahı ilə paralel işləyir. Ermənistanda Rusiyanın dayaqlaranın zəiflədilməsində, Paşinyanın hakimiyyətə gətirilməsi, regionda gedən geostrateji planlar çərçivəsində reallaşdı. ABŞ-la Rusiya arasında Cənubi Qafqaz uğrunda mübarizə gedir. Buradakı, mübarizə yarı-gizli, yarı-açıq müstəvidə həyata keçirilir. Gürcüstan və Ermənistanda baş verən siyasi hadisələr bir başa Rusiyanın bu regiondan çıxarılmasına hesablanıb".