Çevrilişin yubileyi ərəfəsində “İran üzrə fəaliyyət qrupu” Dünya

Çevrilişin yubileyi ərəfəsində “İran üzrə fəaliyyət qrupu”

Ağ Evin adamı Tehranı dalana dirədə biləcəkmi?
Yorucu bürokratik iş gününü əyləncəyə çevirməkdə və bəzən qlobal çaxnaşmaya səbəb ola biləcək fantastik ifadələr yaratmaqda heç kim Vaşinqtonla yarışa bilməz. Avqustun 16-da ABŞ Dövlət Departamentində "İran üzrə Fəaliyyət Qrupu"nun (IAG) yaradılması da prezident Donald Trampın rəhbərliyi dövründə Amerika bürokratiyasının belə günlərindən biri olub.
Adətən, müəyyən bir ölkə siyasi böhranla üzləşdikdə və ya həmin dövlət ABŞ-la münasibətdə yüksək prioritetə malik olduqda, Dövlət Departamenti xüsusi qrup yaradır, ancaq bir qayda olaraq, heç kim bu məsələdən təlaşa düşmür.
Strateq "Əl-Cəzirə"yə istinadən yazır ki, prezident Barak Obamanın administrasiyası mövcud qurumlara və diplomatlara paralel olan qərar qəbul edicilər yaradan konsepsiya yaratmaqda ustalaşmışdı. 2017-ci ilin yanvar ayında Tramp hakimiyyətə gəldikdə, bu qurumları qapatdı və onları "israfçı" elan etdi. Lakin keçən cümə axşamı dövlət katibi Mike Pompeo yeni təqdimat keçirib: Brayan Huk siyasət planlaşdırma məsləhətçisindən İran üzrə xüsusi qrupun – IAG-ın rəhbərliyinə gətirilib.
Əlbəttə, Mərkəzi Kəşfiyyat Təşkilatının (CIA) İranın keçmiş baş naziri Məhəmməd Müsəddiqi devirməsinin 65 illiyi ərəfəsində bu elan çaşqınlıq doğurub.
Qeyd edək ki, Dövlət Departamenti, eyni zamanda, sabiq səfir Ceyms Ceffrini Suriya üzrə yeni xüsusi nümayəndə vəzifəsinə təyin edib. IAG-ın qurulması – Tramp administrasiyası tərəfindən ən azı daha səmərəli görünmə üçün ənənəvi ABŞ diplomatiyasının tələb olunduğuna dair mürəkkəb və gecikmiş etirafdır.
Beləliklə, Mayk Pompeo "İranın portfeli"ndən çıxarılıb. Brayan Hukun təqdimatı ilə o, "gözdən itib".
Hələ iyul ayında İrana dair məşhur çıxışından sonra Pompeo Konqresdəki Tramp müttəfiqlərinin təzyiqi ilə üzləşib. Konqresmenlər onu İranla müharibə yoluna sövq edən ideoloji mövqeyə malik olduğunu görüblər. Bir həftə sonra,Tramp İranla dialoqa çağırış edərək dövlət katibinin önünə keçib – "heç bir ilkin şərt olmadan" və "istədikləri zaman".
O vaxtdan bəri Pompeo, İsrail-Fələstin portfelində olduğu kimi, İranla bağlı qərar vermə prosesində də iştirak etmir.
Dövlət Departamenti İAG-ı "İranda çevriliş bloku" adlandıra bilər, bu, Ağ Evin İran siyasətini dəyişməyəcək. Brayan Huk – milli təhlükəsizlik məsləhətçisi Con Boltonun Dövlət Departamentindəki adamıdır və bu, Ağ Evin "İran üzrə Fəaliyyət Qrupu"nu qəbul etməsinin yeganə səbəbidir.
Pompeonun avqustun 16-da verdiyi açıqlama rəsmi olaraq İranın portfelini Ağ Evin adamı Brayan Huka təslim etməsinin etirafıdır.
Bununla yanaşı, IAG ABŞ-ın nizamsız siyasətinə hansısa düzəliş və məna gətirmək üçün çox lazımlı idi. Pompeo və müdafiə naziri Ceyms Mattis İran problemini həll etməyin açıq yolunu görmürlər və Ağ Ev səsini eşitdirməyə çalışır. Amma hətta bir çox idarə nümayəndələrinin müzakirələrdə iştirak etdiyini nəzərə alsaq, ABŞ-ın IAG-la siyasətini formalaşdırma qabiliyyəti məhduddur.
Tramp administrasiyası, İrana yenidən tətbiq edilən sanksiyalara riayət etməkdə istəksiz olan dünya liderlərini buna məcbur etmək və ya zorlamaq üçün tamzamanlı bir nöqtəyə ehtiyac duyur. IAG buna oxşar qurumdur, amma əks istiqaməti, Obama administrasiyasının İranla nüvə razılaşmasını həyata keçirmə cəhdini xatırladır.
Bununla yanaşı, əlavə olaraq İranın daha geniş regional fəaliyyətlərinə toxunur və bu, Tramp administrasiyasının İranla nüvə sövdələşməsini həmin fəaliyyətlə birləşdirmə yanaşmasını əks etdirir.
Qrupu qurma qərarı Ağ Evin bu etirafını da əks etdirir ki, İrana qarşı sanksiyaların yenidən tətbiqi çətin yol olacaq və İran rejimi tezliklə danışıqlar masasına gəlməyəcək. Obama administrasiyası dönəmi sanksiyalardan fərqli olaraq, beynəlxalq konsensusun yoxluğu ucbatından, Hindistan, Çin və İraq kimi ölkələrin İranla iş aparmaqdan çəkinməsi üçün sıx diplomatik səyləri tələb olunur.
İranla ticarətdən imtina etmək istəməyən müttəfiqlərə görə IAG-ın Tehranda çevriliş planlaşdırmağa vaxtı olmayacaq.
Sözsüz, psixoloji müharibə apara-apara danışıqlara çağırışdan başlayaraq Tehrana qarşı qeyri-müəyyən siyasət, görünür, İranın ABŞ-ın niyyətlərini qavramasından yayındırmaq üçündür, çünki yanlış hesablamalar və ya gözlənilməz nəticələr mümkündür. Tramp administrasiyası İran rejimini dalana itələyir, dalana dirənənlər isə ümumiyyətlə təslim olmurlar.
Hazırda İranın dini lideri Əli Xamnei Trampla bağlı "nə hərb, nə sülh" deyir.
ABŞ və İran bölgədə hərbi mövqeyini dəyişdirməyib, İraq və Livan kimi ölkələrdəki təsirlərini də. Vaşinqton və Tehran arasındakı sərhəd İranın ABŞ sanksiyalarından yayınma cəhdlərini davam etdirəcəyi təqdirdə ilin sonuna qədər uzanacaq.